“Tik-tok”un bağlanmasının tərəfdarıyam GƏNC DANIŞDI

“Tik-tok”un bağlanmasının tərəfdarıyam GƏNC DANIŞDI

“Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldiyi gündən etibarən Azərbaycan gəncliyinə müsbət təsir göstərib. O, Azərbaycan gəncliyini daim zirvələrə yüksəldib. Həqiqətən də gənclər dövlətçilik baxımından yüksək şəkildə yetişdirilib”. Bunu SİA-ya YAP Səbail rayonu Gənclər Birliyinin sədr müavini Fuad Heydər deyib.

Sədr müavini sosial şəbəkələrin insanlara mənfi təsirindən danışıb: “Sosial şəbəkə fikir platformasıdır. Təbii ki, kontingentdir. Bəzi gənclər var ki, sosial şəbəkələrdən ümumiyyətlə düzgün istifadə etmir. Bu isə ailədən gələn fərddən başlayır. Çünki hər bir şey ailədən başlayır. Sosial şəbəkələrin hamısının yox “Tik-tok”un bağlanmasının tərəfdarıyam. Çünki mənasız sosial platformadır və tam forması bilinməyən proqramdır. Son zamanlarda qadınların intiharı artıb. İntihar səbəbləri buradan başlayır. Bu “Tik-tok”un pis tərəfindən göstərilir. Qeyd edim ki, son zamanlarda sosial şəbəkələrdə zərərli maddələrin reklamı gedirdi. Buna görə də sosial şəbəkədə senzura olmalıdır. İnkişaf edən gənclik də sosial şəbəkəndən başlayır, məğlubiyyətə gedən gənclik də”.

Arzu Qurbanlı

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə