Valideynlər övladlarına qarşı daha diqqətli olmalıdırlar XƏBƏRDARLIQ
“Son zamanlar intihar hadisələrinin artması insanların psixoloji vəziyyəti ilə bağlıdır. Pandemiya şəraiti insanların həyat şəraitində maddi-mənəvi böyük çətinliklər törədib. Lakin, unutmamalıyıq ki, bu problemlər bütün dünyada yaşanır”. Bunları SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nəzrin Məmmədova deyib.
Onun sözlərinə görə, dövlət intiharların qarşısını almaq üçün maksimum addım atsa da bu say təəssüf ki, azalmır: “Həyat bir çətinlikdir. Gənclər güclü olmalıdır. Onlar ən sadə çıxış yolunu öz canlarına qəsddə görürlər. Bu yoldan çəkinin, vətənə-millətə faydalı olacaq işlər görün.
İntiharlarda sosial şəbəkələrin rolu da az deyil. Bu məsələdə valideynlər övladlarına qarşı daha diqqətli olmalıdırlar. İntihar edənlərin əksəriyyəti gənclərdir. Bu bizi çox narahat edir. Gənclərin sosial şəbəkələrdən istifadə şəkli də öz seçimləridir. Buna sensuza tətbiq etmək doğru deyil”.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB