"Onlar yeniliklərə açıq olmalıdır, əks təqdirdə..." GƏNC DANIŞDI

"Onlar yeniliklərə açıq olmalıdır, əks təqdirdə..." GƏNC DANIŞDI

“Yeni Azərbaycan Partiyası xalqın etimadını qazanıb. Vətən müharibəsində qazandığımız qələbə və Cənubi Qafqazda olan reallıqlar fonunda YAP-ın VII qurultayının keçirilməsi ictimai-siyası baxımdan əhəmiyyətli bir hadisə hesab olunur”. Bunları SİA-ya açıqlamasında YAP Xəzər rayon təşkilatı Gənclər Birliyinin sədr müavini Nəzrin Məmmədova deyib.

Onun sözlərinə görə, ölkənin gələcək inkişafı və perspektiv baxımından irəli getməsi üçün YAP yeni kadr dəyişikliyi edir: “Bu cəmiyyət tərəfindən də müsbət qarşılanıb. Müstəqillik dövründən ölkədə ciddi islahatlar baş verib. Xüsusilə Ulu Öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra siyasəti ön plana çəkib. İslahatlardan sonra cəmiyyətdə vətənpərvər və fiziki cəhətdən sağlam gənclərin yetişməsi üçün mühüm addımlar atılıb. Cənab Prezident İlham Əliyev də gənclərin vətənpərvər ruhda yetişməsi üçün böyük töhvələr verib.

Hər bir ölkənin gənci onun gələcəyidir. Müasir dövrün gəncləri çox fərqlidir. Onlar daha aktiv və yenilikçi ruhdadır. Texniki tərəqqinin gətirdiyi yeniliklər də bu məsələyə yüksək təsir göstərir. Azərbaycan gəncliyi intellekt cəhətdən də çox intellektualdır. Bu gün gənclərimiz bizi dünyanın hər yerində beynəlxalq səviyyədə təmsil edir. Onlar yeniliklərə açıq olmalı, fərqli müsabiqələrə qatılmaqdan çəkinməməlidirlər”.

N.Məmmədova əlavə edib ki, 2020-ci il Azərbaycan üçün qələbə ilə nəticələnsə də pandemiya şəraiti bizi cənginə aldı: “YAP Xəzər rayon təşkilatı könüllüləri və fəalları pandemiya ilə mübarizə şəraitində "Biz Birlikdə Güclüyük!" şüarı altında birləşiblər. Onlar Prezidentə dəstək olaraq müxtəlik aksiyalarda iştirak ediblər. Yeni Azərbaycan Partiyasının gəncləri ailədir. Pandemiya şəraitində müxtəlif tətbiqlər vasitəsilə onlayn (online) şəkildə regionun fəal gəncləri ilə bir araya toplaşdıq, fikir mübadiləsi apardıq və siyasi biliklərimiz daha da inkişaf etdi. Yaradılan şərait isə region gəncləri ilə sıx əlaqə yaratmağa kömək edib”.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə