"Milli adət-ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir" mövzusunda - KONFRANS

"Milli adət-ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir" mövzusunda - KONFRANS

YAP Zəngilan rayon Təşkilatı Gənclər Birliyinin təşkilatçılığı ilə "milli adət-ənənələrimiz, milli dəyərlərimiz xalqımızın sərvətidir" mövzusunda konfrans keçirilib . Partiyanın rayon təşkilatından SİA-ya daxil olan məlumata görə, konfransda deputatlar Ramin Məmmədov və Cavid Osmanov, YAP Zəngilan rayon təşkilatının fəal üzvləri, təhsil işçiləri, İdarə və müəssisə rəhbərləri, müxtəlif rayonları təmsil edən könüllü gənclər, Azərbaycan Mədəniyyat Platformasının təşkilati məsələlər üzrə rəhbəri Ümidə Kəngərli, platformada ictimaiyyətlə əlaqələr şöbəsinin mətbuat rəhbəri Fidan Orucəliyeva , "Gənc Sahibkarlar" klubunun koordinatoru Anar Sarıyev, "Palıd Group" şirkətinin rəhbəri Əjdər Məmmədov, Milli Konservatoriyanın tələbəsi Ülkər Orucova iştirak edilər.

Çıxış edən millət vəkilləri qarşıda gələn Novruz bayramı münasibəti ilə təbriklərini ünvanlayaraq vurğulayıblar ki, Cənab Prezident İlham Əliyevin apardığı uğurlu və praqmatik siyasəti nəəticəsində bu gün Azərbaycan dünyada söz sahibinə çevrilib. Deputatlar Vətən müharibəsindən əvvəl və sonrakı addımlarının müvəffəqiyyətli olmasından söhbət açaraq xalqımızı qarşıdakı illərdə daha böyük uğurlar gözlədiyini qeyd ediblər.

Çıxış edən digər konfrans iştirakçıları da qeyd ediblər ki, Azərbaycan xalqı Vətən müharibəsində tarixi birlik nümayiş etdirərək düşmən üzərində qazanılan qələbədə öz sözünü dedi.

Konfransın sonunda Milli Konservatoriyanın tələbəsi Ülkər Orucova "Xudayar Təsnifi"ni ifa edərək, həm qəlbləri oxşadı, həm də şəhidimiz Xudayarın timsalında bütün şəhidlərimizi bir daha yad etdi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə