Polis İdarəsinin rəis müavini işdən çıxarıldı

Polis İdarəsinin rəis müavini işdən çıxarıldı

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini vəzifəsindən azad olunub.

SİA-nın məlumatına görə, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirinm əmri ilə idarənin rəis müavini, polis polkovnik-leytenantı Hüseyn Süleyman oğlu Həsənov tutduğu vəzifədən çıxarılıb. Adı çəkilən vəzifəyə hələlik yeni təyinat olmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə