Gəncədə məzun yarmarkası keçirilib

Gəncədə məzun yarmarkası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində məzun yarmarkası keçirilib. "Məzun yarmarkası – 2011" Azərbaycan Respublikası müstəqilliyinin bərpa edilməsinin 20 illiyinə həsr edilib. Yarmarkada 500-dən artıq yeni iş yeri təqdim edilib. SİA-nın bölgə müxbiri xəbər verir ki, tədbirin açılışında Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri, 27 şəhər və rayon icra hakimiyyətlərinin rəsmiləri, 93 özəl və dövlət müəssisəsinin rəhbər nümayəndələri iştirak edib.

Buraya əsasən bank sistemi, sığorta şirkətləri, fermer təsərrüfatları, aqrar sahə ilə məşğul olan müəssisələr, dövlət qurumları və QHT-lər daxil idi. Kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev çıxış edərək bildirib ki, yarmarkanın keçirilməsində əsas məqsəd universiteti bitirən gəncləri ixtisasları üzrə işlə təmin etməkdir.

Bu dəfə yarmarkada universiteti bitirən 483 tələbə iştirak edib.


İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə