Bakı şəhərinin əsas girişi olan Yeni Salyan şossesinin kənarında, Jurnalist şəhərciyinin yanında ağac əkilməsi üçün çalaların qazılmasına başlanılıb. Ərazidə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işçiləri çalışır. Onlardan əldə etdiyimiz məlumata görə, ərazinin yaşıllaşdırılması prosesi davam etdirilir. Yaxın günlərdə burada müxtəlif növdə xeyli sayda ağac tingləri əkiləcək.
Qeyd edək ki, paytaxtın mərkəzinə əsas giriş yolu olan Yeni Salyan şossesinin ətrafı (Bibiheybət məscidi ilə Su İdmanı Sarayının arası) çılpaq və boz çöllükdən ibarətdir. Burada yolun dəniz tərəfi köhnə yararsız neft buruqları və köhnə tikililərlə doludur, ərazi isə bərk gilli torpaqdan ibarətdir. Şəhərimizə girişdəki bu cansıxıcı mənzərə nəticəsində paytaxta daxil olanlarda təəssürat çox pis formalaşır.
Dəfələrlə burada yaşıllıq və ya park salmaq barədə təkliflər irəli sürsək də, ərazinin sahibi olan ARDNŞ tərəfindən heç bir tədbir görülmür. Yolun əks tərəfində isə bir neçə ildir ETSN tərəfindən yaşıllıq salınır.
Bu ərazinin yaşıllaşdırırlması şəhərimizə daxil olan qonaqlarda ilk təəssüratın müsbət formalaşmasına təsir edərdi. Bundan başqa, buradakı pis ekoloji şəraitin sağlamlaşdırılması ərazidə yaşayan sakinlər üçün də faydalı olardı. Ümidvarıq ki, Dövlət Net Şirkəti də həmin ərazinin yaşıllaşdırlması üçün işlərə başlayacaq.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB