Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin təntənəli iclası keçirilib FOTO

Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin (BEA AB) təntənəli iclası olmuşdur. Keçirilən iclasda Beynəlxalq Elmlər Akademiyası Azərbaycan Bölməsinin (BEA AB) prezidenti, geologiya-mineralogiya elmləri doktoru, professor Elçin Xəlilov, AMEA-nın və BEA-nın tanınmış alimləri, AMEA-nın akademikləri Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan bölməsinin fəxri prezidenti, Azərbaycan Respublikası Milli Məclisi nin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə, AMEA prezidentinin müşaviri akademik Əli Abbasov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadə, BEA AB-nin vitse-prezidenti, professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA AB-nin akademiki, professor Ədalət Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA AB-nin akademiki, professor Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbaycan Respublikasının akademiki, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan

Standartlaşdırma İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Namiq Tağıyev, BEA AB-nin akademiki, coğrafiya elmləri doktoru, professor, Azərbaycan Respublikasının Əməkdar müəllimi, “Şöhrət” ordenli laureatı Şövqi Göyçaylı, BEA AB-nin akademiki, professor, ictimai-siyasi xadim, əməkdar elm xadimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Şahlar Əsgərov, Azərbaycan Tibb Universitetinin prorektoru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, professor Sabir Əliyev, BEA AB-nin akademiki, Azərbaycan Respublikasının Gürcüstan və Moldovada sabiq fövqəladə və səlahiyyətli səfiri, hüquq elmləri doktoru, professor Namiq Əliyev, “Azərbaycanım” beynəlxalq jurnalının təsisçisi və baş redaktoru, BEA-nın Fəxri akademiki Emil Nəsirli, BEA-nın yüksək mükafatı “Qızıl döş nişanı” laureatı, Ensiklopediya Nəşriyyatının direktoru Fikrət Nağıyev, tanınmış rəssam-modelyer, əməkdar incəsənət xadimi Fəxriyə Xələfova, Moldova İctimai Palatasının sədri Aureliya Qriqoriu və digər görkəmli alimlər, ictimai xadimlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Prezidenti, professor Elçin Xəlilov açıb və iştirakçılara məlumat verib ki, Elmi İnkişaf Üzrə Beynəlxalq Şura Beynəlxalq Elmlər Akademiyası 1984-cü ildə iki dəfə Nobel mükafatı laureatı Linus Paulingin təşəbbüsü ilə yaradılıb və onun təsisçiləri dünya miqyasında görkəmli siyasi və ictimai xadimlər olan 119 Nobel mükafatı laureatıdır. Professor Elçin Xəlilov xatırladıb ki, BEA Azərbaycan Bölməsi Azərbaycan xalqının Ümummilli lideri, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin dəstəyi ilə yaradılıb. Hazırda Beynəlxalq Elmlər Akademiyasının prezidenti olan Valter Kofler BEA-nın yüksək mükafatı “Qızıl döş nişanı”nı və BEA-nın Fəxri akademiki diplomuna layiq görülməsinin təqdimat mərasimində Heydər Əliyevlə görüşmək şərəfinə nail olub. Bununla bağlı məlumat “Heydər Əliyev mükafatı” Dövlət kitabına yerləşdirilib. BEA AB-nin təsisçiləri Azərbaycan Milli Elmlər Akade miyası, Milli Aviasiya Akademiyası ilə yanaşı, bütün dövlət universitetləri və Azərbaycanın nüfuzlu tədqiqat təşkilatlarıdır. BEA AB-nin ilk fəxri prezidenti təsis yığıncağında akademik Cəlal Əliyev seçilib. Daha sonra Milli Məclisin sədri, professor Murtuz Ələsgərov və akademik Ziyad Səmədzadə Fəxri prezident seçiliblər.

BEA AB-nin Prezidenti professor Elçin Xəlilov daha sonra tədbir iştirakçılarına akademik Ziyad Səmədzadəni 80 illik yubileyi münasibətilə təntənəli təbrik müraciətinin qəbul olunduğunu bildirib və Beynəlxalq Elmlər Akademiyasının prezidenti, akademik, professor Valter Koflerin akademik Ziyad Səmədzadəyə ünvanladığı təbrik məktubunun mətnini təqdim edib. Azərbaycan elminin ən qabaqcıl nümayəndəsi olan akademik Ziyad Səmədzadənin zəngin fəaliyyətindən bəhs edən professor Elçin Xəlilov ona Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının “Sərhədsiz Elm” Qızıl Medalını (Almaniya, Münhen) təqdim edərək bir daha BEA AB-nin bütün üzvləri adından yeni elmi yaradıcılıq uğurları arzulayıb.

Fəxri prezident, AMEA və BEA-nın akademiki Ziyad Səmədzadə tədbir iştirakçılarını salamlayaraq bildirib ki, dünya təcrübəsinə görə məhz bazar iqtisadiyyatı şəraitində azad rəqabətə imkan yaratmaqla, dövlət sektoru ilə yanaşı, özəl sektorun formalaşdırılması və onun imkanlarından istifadə etməklə iqtisadi inkişafa, ölkənin tərəqqisinə nail olmaq mümkündür. Daha sonra akademik Ziyad Səmədzadə son dövrlərdə Azərbaycan elminin qarşısında duran vəzifələrdən geniş bəhs edib, BEA AB-nin bu istiqamətdə fəaliyyətini yüksək qiymət ləndirdiyini bildirib. Həmçinin ona 80 illik yubileyi münasibətilə arzularını dilə gətirən, onun fəaliyyətinə layiqli qiymət verən tədbir iştirakçılarına, BEA-nın rəhbərliyinə, üzvlərinə minnətdarlığını bəyan edib.

Tədbirdə çıxış edən Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin tanınmış simaları olan AMEA prezidentinin müşaviri akademik Əli Abbasov, AMEA Yer Elmləri Bölməsinin akademik katibi Pərviz Məmmədov, Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, filologiya elmləri doktoru, professor Çingiz Hüseynzadə, BEA AB-nin vitse-prezidenti, professor Məhbubə Vəliyeva, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, BEA AB-nin akademiki, professor Ədalət Muradov, Azərbaycan Respublikası Nazirlər Kabineti “Sənaye və Energetika” şöbəsinin müdiri, BEA AB-nin akademiki, professor Elşən Hacızadə, Beynəlxalq Ekoenergetika Akademiyasının həqiqi üzvü, Azərbacan Respublikasının Auditorlar Palatasının sədri, BEA AB-nin akademiki, iqtisad elmləri doktoru, professor Vahid Novruzov, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, professor Namiq Tağıyev və başqaları vurğulayıblar ki, genişmiqyaslı araşdırmaları ilə müasir iqtisad elminin, eləcə də Azərbaycanın sosial-iqtisadi inkişaf problemlərinin öyrənilməsinə sanballı töhfələr vermiş tanınmış elm xadimi, Milli Məclisin deputatı

“Şöhrət” və “Şərəf” ordenli, akademik Ziyad Səmədzadənin elmi və ictimai -siyasi fəaliyyəti hər zaman yüksək qiymətləndirilib. Çıxış edən iştirakçılar həmçinin akademik Ziyad Səmədzadənin dünya ölkələrinin iqtisadi inkişaf təcrübəsini dərindən öyrənən və onların mütərəqqi cəhətlərini Azərbaycanda təbliğ edən alim kimi zəngin fəaliyyətinin hər zaman dövlətin və xalqın tələblərinə cavab verdiyini xüsusi vurğulayaraq, mənalı ömür yolunun 80-ci pilləsinə qədəm qoymuş alimin bu gün də yorulmadan yazıb yaratmasını, parlamentdə və cəmiyyətdə fəallığı ilə daim seçildiyini, elmi çevrələrdə Azərbaycanda iqtisad elminin ağsaqqalı kimi qəbul olunduğunu fərəh hissi ilə tədbir iştirakçılarının nəzərinə çatdırıblar.

Tədbirdə çıxış edən “Azərbaycanım” beynəlxalq jurnalının baş redaktoru, BEA-nın Fəxri akademiki Emil Nəsirli akademik Ziyad Səmədzadəyə “Azərbaycanım” beynəlxalq jurnalının təsis etdiyi “Azər baycanın Qüruru” qızıl ordenini təqdim edib. Ziyad Səmədzadənin qeyd olunan mükafata layiq görülməsi münasibətilə bir daha “Azərbaycanım” beynəlxalq jurnalının Redaksiya Şurası və jurnalın kollektivi adından alimi təbrik edən Emil Nəsirli, ona uzun ömür, möhkəm can sağlığı, elmimizin inkişafı yolunda yeni nailiyyətlər arzulayıb.

Tədbir Beynəlxalq Elmlər Akademıyasının seçılmış akademiklərınə və müxbır üzvlərınə dıplomların təqdım olunması ilə davam edib. BEA AB-in yeni həqiqi üzvləri seçilmiş Azərbaycan Dövlət İqtisad Universitetin rektoru, Rusiya Təbiət Akademiyasının akademiki, iqtisadiyyat elmləri doktoru, professor Muradov Ədalət Cəlal oğluna, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitutunun direktoru, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək ”Assosiyasiyasınin Prezidenti, professor Qurbanova Cəmilə Fazil qızına, Azərbaycan Standartlaşdırma İnstitutunun baş direktoru, professor Tağıyev Namiq Faiq oğluna, M.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin direktoru, professor Ağayev Rauf Maqsud oğluna, Azərbaycan Tibb Universitetinin prorektoru, Türk Beynəlxalq Tibb Akademiyasının üzvü, Azərbaycanın Əməkdar Elm xadimi, professor Əliyev Sabir Cahan oğluna, xaricdə yaşayan Azərbaycan alimi BEA AB-nin akademiki, Amxirst Təhlükəsizlik İnstitutunun üzvü (ABŞ), hüquq elmləri doktoru Kamal Makili Əliyevə BEA-nın həqiqi üzvü diplomları təqdim olunub.

Həmçinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, rəssam-modelyer, əməkdar incəsənət xadimi Xələfova Fəxriyə Rafiq qızına, Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, ABŞ-da International Infection Diseases (ISID) təşkilatının üzvü, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək” Assosiyasiysınin neonatoloqiya üzrə eksperti, “Muasir Ginekologiya və Perinatologiyanın aktual məsələləri” jurnalının elmi redaktoru, tibb üzrə fəlsəfə doktoru Əlizadə Səmayə Fərzulla qızına, Elmi Tədqiqat “Mamalıq və Ginekologiya” İnstitutunun elmi işçisi, “Ginekologiya və Perinatologiyanın inkişafına dəstək Assosiasiyasının, ” Amerika Beynəlxalq Tədqiqatçılar Assosiasiyasının (ABŞ) və Beynəlxalq İnkişaf və Tolerantlıq Assosiasiyasının (Yaponiya) üzvü, tibb üzrə fəlsəfə doktoru Hüseynova Səadət Arif qızına BEA AB-nin müxbir üzvü

diplomları təqdim edilib. Tədbirdə Moldova İctimai Palatasının sədri, ictimai xadim, dövlət idarəetmə və hüquq üzrə magistr Aureliya Andreyevna Qriqoriuya BEA AB-nin xarici müxbir üzvü diplomu təqim olunub. Qeyd olunan diplomları sahiblərinə təntənəli ic lasda BEA AB-nin Fəxri prezidenti akademik Ziyad Səmədzadə təqdim edib.

Daha sonra tədbir iştirakçıları tərəfindən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərdə quruculuq strategiyasının həyata keçirilməsinə uyğun olaraq BEA AB-nin fəaliyyətinin əsas istiqamətlərinin müzakirəsi ətrafında geniş fikir mübadiləsi aparılıb.

Afət Məmmədov,

BEA AB-nin akademiki, mətbuat xidmətinin rəhbəri

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...