YAP Gənclər Birliyinə yeni sədr seçilib

YAP Gənclər Birliyinə yeni sədr seçilib

Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyinə yeni sədr seçilib. Bu barədə SİA-ya YAP Mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev məlumat verib.

O bildirib ki, bu gün Gənclər Birliyinin iclası keçirilib və Bəxtiyar İslamov sədr seçilib: "Həmçinin Birliyin fəaliyyət istiqamətlərinə yeniliklər edilib".

B.İslamov “ASAN Könüllüləri” Təşkilatının sədridir. İndiyədək partiyanın Gənclər Birliyinin sədri Seymur Orucov idi. O, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Xatırladaq ki, YAP-ın VII qurultayı martın 5-də keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə