Venesuelanda fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadılıb

Venesuelanda fövqəladə vəziyyət daha 3 ay müddətinə uzadılıb

Son bir neçə gün ərzində Venesuela ərazisində də leysan xarakterli yağışlar müşahidə olunur. SİA-nın rus mətbuatına istinadən verdiyi xəbərə görə, yağıntılı hava şəraiti ölkənin mərkəzi və şimal hissələrində 7 min insana ziyan vurub. Sel axını yaşayış evlərini dağıntıya məruz qoyub, avtomobil yolları və körpüləri yararsız hala salıb, kənd təsərrüfatı sahələrini su altında qoyub. Bəzi ərazilərin ətraf mühitdən təcrid olunduğu qeyd edilir. Yaranmış vəziyyətlə əlaqədar zərərçəkmiş bölgələrə çoxlu sayda texnika və canlı qüvvə cəlb olunur. Ölkənin 8 ştatında fövqəladə vəziyyət rejimi daha 3 ay müddətinə uzadılıb.

Xatırladaq ki, Venesuelanın bir sıra bölgələrində 2010-cu ilin noyabr-dekabr aylarında leysan xarakterli yağışlar subasmaya səbəb olub. Nəticədə, 38 nəfər ölüb, 130 min insan yaşayış yerlərini itirib.

Bütün xəbərlər Facebook səhifəmizdə