Bu qidalar zəhərlənməyə və ölümə yol aça bilər DİQQƏTLİ OLUN

Bu qidalar zəhərlənməyə və ölümə yol aça bilər DİQQƏTLİ OLUN

Mütəxəssislər istifadə olunan riskli qidaların adlarını açıqlayıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu qidalar zəhərlənməyə və hətta, bəzi hallarda ölümə də səbəb ola bilər. Araşdırmalara görə, lazımi miqdarda və düzgün bişirilmədən istifadə olunan qidalar daha çox zəhərlidir.

Bəs, istifadə etdiyimiz qidalarda hansı nüanslara diqqət etməliyik?

"Dünyanın ən pis qoxulu meyvəsi" kimi tanınan durian öldürücü qidalardan biridir. Durianın ən çox istehlak edildiyi ölkələrdən biri olan İndoneziyada belə bir hadisə baş verib. Yüksək qan təzyiqi olan bir adam 500 qramdan çox durian yedikdən sonra qan təzyiqinin yüksəlməsi nəticəsində, damarları dağılaraq ölüb.

Dünyanın ən acı bibəri olaraq bilinən “Ejderha nəfəsi” də öldürücü qidalardandır. Heç kim bu bibəri yeməyə cəhd etməyib. Lakin, mütəxəssislər “Ejderha nəfəsi”ndəki kapsaisin miqdarının insanın tənəffüs yolunu bağlaya və anafilaktik şoka səbəb ola biləcəyini söyləyirlər. 2.48 milyon ölçmə dərəcəsi olan Scoville ölçəni “Ejderha nəfəsi”nin ən acı bibərlərdən biri olan jalapenodan 300 dəfə daha acı olduğu sübut edib.

“Ravent” və ya “ışkın” olaraq bilinən meyvənin gövdəsi bir çox şirniyyatın tərkibində istifadə olunur. Ancaq, bu bitkinin yarpaqları güclü bir zəhər daşıyır. Yarpaqlarını yemək tənəffüs çətinliyi, böyrək çatışmazlığı və bəzi hallarda ölümlə nəticələnir. Buna görə yalnız gövdəsi istifadə olunmalıdır.

Yaponiyada “fugu” adı ilə tanınan zəhərli kəklik balığı düzgün hazırlanmadığı təqdirdə zəhərləmə və öldürmə riski var. Həmçinin, xüsusi lisenziyalı aşpazlar tərəfindən hazırlana bilən müxtəlif fuqu növlərinin fərqli yerlərində zəhər kisələri olur. Bu səbəbdən fuqu təmizləmək və yeməyə hazır etmək, hətta peşəkarlar üçün də olduqca çətindir. Riskli hissələr istifadə edildikdə bədəndəki uyuşma və titrəmə, nəfəs alma çətinliyi, danışa bilməmək və boğulma ölümə səbəb olur.

Alimlər tərəfindən dünyanın ən doyurucu qidası hesab edilən badam, eyni zamanda çox təhlükəli bir zəhər mənbəyidir. Xüsusilə, çiy acı badamın tərkibi siyanürlə doludur. Bu zəhərin təsirinin aradan qaldırılması üçün badam qızdırılmalıdır. Bunu isə ev sobasında etmək olmur. Acı badamı çiy yedikdə alacağınız siyanür miqdarı sizi narahat etməsin. Xəstəliklərə nəzarət və profilaktika mərkəzlərinə görə, zəhərlənə bilmək üçün çoxlu badam yeməlisiniz.

Albalı yeyəndə toxumları uzun müddət ağzınızda saxlamamağa çalışın. Çünki, albalı ləpəsində də hidrogen siyanür adlı zəhərli maddə var. Lakin, bu sizi çox narahat etməməlidir. Albalıdan zəhərlənmək üçün həqiqətən çox gilas yeməlisən. 75 kiloqrama yaxın bir yetkinin gündə 703 milliqram hidrogen siyanür istifadə etməsi normal hesab olunur. Bu, yüzlərlə albalı toxumu deməkdir.

Bəs, ərik yedikdən sonra tumundan çıxan badama bənzər şeyi sevməyən var?!

Təəssüf ki, şaftalı, ərik və alma kimi meyvələrin toxumlarında siyanür istehsal edən amigdalin adlı bir maddə var. Bu paxlalılardan həddindən artıq istifadə etsəniz, başgicəllənmə və qusma, yüksək qan təzyiqi, böyrək çatışmazlığı, koma və hətta ölüm kimi ağır nəticələrlə qarşılaşa bilərsiniz.

Bir oturuşda nə qədər şokolad yeyə bilərsiniz?

Nə qədər yesəniz də, 10 kiloqramdan çox olmamasına çalışın. Çünki, 10 kilodan çox şokolad yemək zəhərlənmə və ölümlə nəticələnə bilər. Zəhərlənmədən danışmışkən, az miqdarda şokolad pişiklər və itlər üçün də çox zərərlidir. Buna görə balaca dostlarınızı şokoladdan uzaq tutun.

Türkiyədə Meksika cinsi kimi bilinən “qırmızı böyrək fasulyesini” heç vaxt çiy yeməyin. Çiy böyrək paxlasında fitohemagglutnin adlı zəhərli bir maddə var. Bu maddə qusma və baş ağrısına səbəb olur. Lakin lobya düzgün bişirildikdə bu yox olur.

Heç kim pomidorun zəhərli ola biləcəyini düşünmür. Ancaq, pomidorun yaşıl yarpaqları və gövdəsində solanin adlı bir toksin növü var. Bu toksin ürəkbulanma, qarın ağrısı və narahatlığa səbəb olur. Eyni toksik maddə cücərməyə başlayan və yaşıllaşan kartofda olur. Bu səbəbdən kartofun cücərməsi və yaşıllaşmasından uzaq durmaq lazımdır.

Bütöv bir hindistan qozu yemək isə psixoza səbəb ola bilər.

Sannakji ahtapotdan hazırlanan suşi növüdür. Heyvanın bişirilmədən istifadə edilməsi əsas xüsusiyyətidir. Ahtapotun ölü olmasına baxmayaraq, sinirləri hələ də aktivdir və qolları da hərəkətdədir. Hər il dünyada altı nəfər sannakji yeyərkən boğazına yapışan ahtapot vakumları səbəbindən boğulur və ölür.

Digər təhlükəli dəniz məhsulları xərçəngkimilərdir. Bu canlılar kifayət qədər bişirilmədikdə və ya çiy istehlak edildikdə təhlükəlidirlər. Çünki, dənizdəki mikrobları və zərərli bakteriyaları tutmaq gücünə sahibdirlər.

Xüsusilə xam istiridyələr çox təhlükəlidir. Bu balığın allergen olduğunu nəzərə alaraq, daha da diqqətli olmalısınız.

Zəhərli qidalardan bəhs edərkən ağla gələn ilk şeylərdən biri əlbətdə göbələklərdir. Dünyada yüzlərlə göbələk növü var. Bəzilərini istifadə etmək tamamilə təhlükəsiz və faydalıdır. Digərləri isə qısa müddətdə zəhərləmək və öldürmək gücünə sahibdir. Xüsusilə, haradan toplandığı bilinməyən və analiz edilməmiş bayat, solğun göbələklər heç vaxt istifadə edilməməlidir.

Ackee Yamaykada çox geniş yayılmış bir meyvədir. Hətta onu Yamaykalıların milli yeməyi də adlandırmaq olar. Bu meyvə yetişmədən istifadə edildikdə çox təhlükəli ola bilər. Yetişdikdə qırmızıya dönən ace, yetişmədən əvvəl olan sarı vəziyyətdə tərkibində Hipoglisin A adlı bir toksin daşıyır. Bu maddə qusma, hipoqlikemiya və hətta, ölümə səbəb ola bilər. Meyvənin qara toxumları hər cəhətdən çox zəhərlidir.

Çox sayda kolbasa yemək tərkibindəki maddələr səbəbindən zərərli ola bilər. Xüsusilə, üç yaşınadək uşaqlarda boğulmağın bir nömrəli səbəbi kolbasa idi.

Bu məlumatların mənbəyi Johns Hopkins tibb fakültəsidir. Buna görə də kolbasa yeyərkən uzun müddət çeynəmək lazımdır.

Ayşən Sadıxzadə

Bütün xəbərlər Facebook səhifəmizdə