Taylanda 4 terrorçu məhv edilib

Taylanda 4 terrorçu məhv edilib

Taylandın müsəlmanlar yaşayan cənub bölgəsində terrorçu qruplaşmanın 4 üzvü öldürülüb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Yala əyalətində keçirilən əməliyyatda 100-dən çox əsgər və təhlükəsizlik qüvvələri nümayəndəsi iştirak edib.

Öldürülən döyüşçülərin üzərində silah-sursat aşkar edilərək götürülüb. Onların hansı terror qruplaşmasına mənsub olduğu barədə məlumat verilmir. Qeyd edək ki, burada 2004-cü ildən etibarən radikal qruplaşmaların mərkəzləşdiyi ehtimal edilir

Bütün xəbərlər Facebook səhifəmizdə