ADA Universiteti ilə Macarıstan Diplomatik Universiteti arasında Anlaşma Memorandumu imzalanıb FOTO
10 mart tarixində ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev və Macarıstanın Xarici işlər və Ticarət naziri Peter Siyarto Əməkdaşlıq müqaviləsi imzalayıblar.
Universitetdən SİA-ya bildirilib ki, müqavilə çərçivəsində ADA Universiteti ilə Macarıstanın Diplomatik Akademiyası arasında Anlaşma Memorandumu imzalanıb. Bu Anlaşma ilə ADA Universitetinin xarici təhsil müəssisələri ilə icrada olan müqavilələrinin sayı 100-ə çatıb.
Memorandumda tərəflər arasında tələbə mübadiləsi, birgə təlimlərin və layihələrin təşkili və akademik əlaqələrin genişləndirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, ADA Universiteti bu ilin 5 mart tarixində onlayn formatda Belçika Krallığının "EPHEC" Universiteti ilə də Anlaşma Memorandumu imzalayıb. Bu sənəd ADA Universitetinin Belçikada yerləşən təhsil müəssisəsi ilə imzaladığı ilk memorandumdur. Bu sənəd həm də ADA-nın xarici universitet ilə onlayn formatda imzaladığı ilk memorandumdur.
ADA Universiteti indiyədək ABŞ, Kanada, Böyük Britaniya, İsveçrə, Fransa, Çin, Yaponiya və digər ölkələrin universitetləri ilə Anlaşma Memorandumları imzalayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB