"Mütləq Zəfərə aparan son 17 ilin uğurları" MƏQALƏ

"Mütləq Zəfərə aparan son 17 ilin uğurları" MƏQALƏ

Tarixi təcrübə göstərir ki, bütün zamanlarda, bütün xalqların istər ölkədaxili həyatında, istərsə də xarici münasibətlər sahəsindəki uğurlarının rəhni məhz xalq-dövlət birliyindədir. Bu tandemdə ən birinci şərt isə heç şübəsiz ki, səmimiyyətdir:səmimiyyət sözdə, səmimiyyət işdə, səmimiyyət ətrafdakılara, səmimiyyət hər kəsə.Səmimiyyətin mənbəyi isə bir tərəfdən gendən, qandan gəlmədirsə, digər tərəfdən də ailə tərbiyyəsindən, insanın fərdi keyfiyyət və xarakterindən asılıdır.Səmimi olan kəslər həmişə el içində sevilib və müvəffəqiyyət onları addım-addım izləyib.

İctimai inkişafın bütün mərhələlərində savadlı,bilikli olmaq,bu intelektdən milli mənafe naminə istifadə etmək də şəxsin çox gərəkən cəhətləri sayılır.Elm, bilik o vaxt səmərəli sayılır ki,o təcrübədə tətbiq edilir,onun nuru yüzlərin,minlərin,milyonların yaşam tərzinə işıq sala bilir.

Bu gün ölkəmizin başçısı möhtərəm İlham Əliyev cənabları sadaladığım onlarla bu cür müsbət keyfiyyətlərin daşıyıcısıdır. Cənab Prezidentimiz böyük və mükəmməl demokratik düşüncə sahibidir. Elə buna görə də Azərbaycan xalq-dövlət tandemi sarsılmaz bir təməl üzərində bərqərar olaraq dünya dövlətləri içərisində nümunə sayılır. Uyğun beynəlxalq təşkilatların ümumi rəyi belədir ki, hazırda Azərbaycan iqtidar- xalq birliyinin möhkəm olduğu 20 dövlət sırasında qərarlaşmışdır. İlham Əliyev cənabları bütün fəaliyyətində son dərəcə səmimi və istiqanlıdır. Ona olan xalq məhəbbətinin başlıca səbəblərindən biri bu səmimiyyətlə bağlıdır. Yeri gəlmişkən, deyirlər ki, siyasətdə səmimiyyətdən və hörmətdən daha çox qarşılıqlı maraqlar prinsipi əsas rol oynayır. Lakin İlham Əliyev cənabları ölkələrarası qarşılıqlı maraq prinsipində səmimiyyət və hörmətə böyük önəm verən siyasətçi,həmçinin dövlət başçısıdır.İlham Əliyev 2018-ci ilin yanvar ayında Davos Dünya İqtisadi Formunda qeyd etmişdir ki: “Regionumuzda olan hər bir ölkə ilə bizim xüsusi əməkdaşlıq formatımız var.,Biz gənc müstəqil ölkəyik-cəmi 26 yaşımız var.Ancaq hesab edirəm ki,Azərbaycan sözün əsl mənasında,müstəqil ölkə olmağa müvəffəq olmuşdur və bu ona həqiqi müstəqil siyasət aparmağa imkan vermişdir. Bu siyasət milli maraqlarımıza əsaslanır və heç bir qonşu dövlət maraqlarına zidd deyil”. Bu fikirlər qonşuluq münasibətindəki səmimiyyətə,qarşılıqlı hörmət və maraq prinsipinə cavab verən düşüncə tərzidir.

Cənab Prezidentimiz yüksək intellektual səviyyəli ictimai-dövlət xadimi və şəxsiyyətdir. Bu intellektual səviyyəni o, dövlət idarəçiliyinin bütün sahələrinə çox böyük səriştə ilə tətbiq etməyi bacarır. Milli kökə,milli dəyərlərə, əhalinin dini etiqadına hörmət və etiramla yanaşma xalqa, millətə, vicdani dəyərlərə olan sevginin bir göstəricisidir. İlham Əliyev cənabları milli kökə,milli dəyərlərə əhalinin əsrlərin arxasından süzülüb gələn dini hisslərinə böyük hörmət və ehtiramla yanaşır. Bu kimi yüksək insani keyfiyyətlərinə görə ölkə əhalinin bütün təqəbələri onu qəbul edib,onun iş üslubunu bəyənir,onu özlərinə arxa, dayaq sayılar. Hər kəsin yaxşı yaşaması,sabaha işıqlı ümidlərlə baxması istəyi onun amaldır. Cənab Prezidentimiz bütün səmimiyyəti ilə qeyd edir ki, “Mən istəyirəm hər bir insan yaxşı yaşasın, uşaqlar yaxşı məktəblərdə oxusunlar,müəllimlər yaxşı məktəblərdə dərs desinlər”.

Müstəqil Azərbaycan Respublikasının sosial-iqtisadi və mədəni-mənəvi inkişafının son 17 illik tarixi bilavasitə Azərbaycan Respublikasının Prezidenti, hazırda dünya siyasi liderləri sırasında intellektual potensialına görə xüsusi ilə fərqlənən, müasir imicli siyasi xadim kimi böyük nüfuza malik olan cənab İlham Əliyevin adı ilə bağlıdır.

Davos Dünya İqtisadi Forumu rəqabətliyinə görə Azərbaycanı 35-ci yerə layiq görüb. Ölkəmiz bu reytinq üzrə MDB məkanında birinci yerdədir.İnkliziv inkişaf olan ölkələr arasında Azərbaycan 3-cü yerdə möhkəmlənmişdir. Bu göstəriciyə görə də ölkəmiz MDB dövlətləri arasında birinci yer tutur.

Ölkə başçısı möhtərəm İlham Əliyev cənablarının birbaşa ideya müəllifi olduğu bir sira sosial-iqtisadi mahiyyətli Dövlət Proqramlarının qəbul edilməsi və onlarının icrası bu istiqamətdə atılmış strateji addımlar kimi dəyərləndirilməlidir.Son 17 il ərzində bu yöndə respublikamızın həyatında qlobal mahiyyət kəsb edən 10-dək dövlət proqramları qəbul edilmiş və onlar çox böyük uğurla reallaşdırılmışdır.Son 17 il ərzində 3100-dən yuxarı məktəb,650-dən çox tibb müəssisəsi tikilmiş və yuxad təmir edilmiş,45-ə yaxın olimpiya idman kompleksləri inşa edilərək əhalinin istifadəsinə verilmişdir.

Son 17 ilərzində Azərbaycanın sürətli inkişafı məhz müasir innovasiyaların tətbiqinə verilən önəmlə bağlıdır. Bu sıradan “ASAN Xidməti” İctimai xidmət sahəsinin fəaliyyəti dövlət idarəetmə sahəsinə aiddir. Bilavasitə dövlət başçısı İlham Əliyevin təşəbbüsü ilə yaradılan və fəaliyyət göstərən “ASAN xidmət” dən məqsəd və dövlət orqanlarının işində şəffaflığın artırılması,vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Dövlət idarəetmənin bu istiqaməti artıq altıncı ildir ki,əhaliyə xidmət göstərir. Deyəki ki, bu sahə son illər ərzində ictimai xidmət sahəsində inqilabi bir dönüşdür.

Ötən illər ərzində ölkədə üst-üstə təqribən 15 min km-ə yaxın yol çəkilmiş,450-dək körpü tikilmişdir.

Son 17 il ərzində İlham Əliyev cənablarının rəhbərliyi altında Azərbaycan böyük və şərəfli yol keçmişdir. Prezidentin təbirincə desək, ölkəmiz bütün sahələr üzrə möhtəşəm uğurlara imza atmışdır. Azərbaycanın beynelxalq nüfuzu daha da yüksəlmiş, aparılan siyasi-iqtisadi islahtlar isə dünya birliyi tərəfindən layiqincə qiymətləndirmişdir. Azərbaycanda təhlükəsizlik, sabitlik təmin edilmişdir. Bu gün inkişaf parametrlərinə və vətəndaş həmrəyliyinə görə Azərbaycan dünyada nümunəvi ölkələrdən biridir.

Yeni Azərbaycan Partiyasının VI qurultayında ölkə Prezidenti İlham Əliyev cənabları demişdir: “2003-cü ildə prezident seçkiləri ərəfəsində bəyan etmişdim ki, əgər Azərbaycan xalqı mənə etimad göstərəsə, mən Heydər Əliyev siyasətini davam etdirəcəyəm. Şadam ki, Heydər Əliyev siyasəti Azərbaycanda yaşayır, davam etdirilir, zənginləşir və ölkəmiz uğurla inkişaf edir...

Demək istəyirəm ki, bu illər Azərbaycan sürətli inkişaf dövrü olmuşdur və Azərbaycan dünyada analoqu olmayan iqtisadi templərlə inkişaf etmişdir. Ölkə qarşısında duran bütün vəzifələr icra edilmişdir, 2003-cü ildə və ondan sonrakı illərdə verilmiş bütün vədlər həyatda öz əksini tapmışdır”.

2018-ci il aprel ayının 11-də ölkəmizdə növbəti prezident seçkiləri keçirilmişdir. Hazırki ölkə rəhbəri İlham Əliyev cənabları ümumxalq sesverməsində 86,02 faiz səs toplayaraq yeniden prezident seçilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları ona göstərilən bu etimada görə xalqa ünvanladığı müraciətində demişdir: “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss edirəm. Bu dəstək mənə güc verir. Bu dəstək bizim inkişafımızın əsas şərtdir. Xalq-iqtidar birliyi Azərbaycanda inkişafımızın əsas amilidir. Xalq-iqtidar birliyi bizim məqsədyönlü siyasətimiz bu gün Azərbaycanı qüdrətli dövlətə çevirmişdir. Siyasətimizin mərkəzində həmişə Azərbaycan vətəndaşı, onun problemləri, qayğıları, onun rifahı olubdur. Keçdiyimiz yol şərəfli yoldur,qələbələr,uğurlar yoludur. Əminəm ki,biz həmişə qələbələr yolu ilə gedəcəyik”.

Pərvanə Hacıyeva

YAP Xəzər rayon təşkilatı Qadınlar Şurasının sədri

Bütün xəbərlər Facebook səhifəmizdə