Valideynlərin övladları üçün ən böyük arzusu onların dünyaca məşhur və keyfiyyətli təhsil almasını təmin etməkdir. Bu istək onları doğru məktəb axtarışına vadar edir. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu nöqtədə dünya səviyyəli və keyfiyyətli təhsilin olmazsa-olmazlarını bilmək lazımdır. Bəs, dünya səviyyəli təhsil nədir?
Hər yerdə təhsil almaq anlayışı
Pandemiya ənənəvi təhsilin inkişafını hər yerdə və hər şəraitdə tam sürətlə davam etdirə bilən məktəbləri ön plana çəkib. Sinif mühitini təmin edən məktəblər məsafələri aradan qaldırıb və azad təhsilə şərait yaradıb. Bu fərdi öyrənmə platformasında tələbələr sınaq imtahanlarında iştirak edə, sual banklarına daxil ola və dünyanın ən məşhur muzeylərini ziyarət edə bilərlər. Bu sistemdə bağçadan liseyə qədər hər bir şagirdin təhsil səviyyəsi güclü qiymətləndirmə sistemi ilə dəyərləndirilir və həm müəllimlər, həm də valideynlər tərəfindən tədris ili ərzində müşahidə olunur.
Bağçadan başlayaraq gələcəyini və özünü formalaşdırmaq bacarığı
Gələcəyini erkən yaşda yönəltmə qabiliyyətinə sahib olan tələbələr həyatda daha çox uğur qazanırlar. Çünki, lap əvvəldən qabiliyyətə meyilli uşaqlar sırf bir şey öyrənmək məqsədi üçün can atıb və əldə etdikləri bilgiləri günlük həyatda işlərinə yarayacaq şəkildə istifadə etmək istəyirlər.
Dizayn və texnologiya istehsal etmək bacarığı
Texnologiya həyatımızın ayrılmaz hissəsidir. Dizayn və texnologiyaya üstünlük verən məktəblər şagirdlərini aşağı siniflərdən etibarən bu istiqamətə yönəldirlər.
Texnologiya siniflərində kodlaşdırma, robototexnika, 3B dizayn və proqramlaşdırmanın əsaslarını qoyan şagirdlər bugünkü texnologiyalardan şüurlu səmərəli istifadə və texnologiya istehsal etmə bacarığı qazanırlar.
Xarici dil təhsili və ünsiyyət bacarığı
Bəzi liseylərdən məzun olan şagirdlər xarici dildən gündəlik və rəsmi ünsiyyət mühitində həm şifahi, həm də yazılı olaraq rahat istifadə edir. Bu sayədə onlar bütün dünyada ünsiyyət qura, həyatda mövqe tuta, iş dünyasında fərqlilik yarada bilirlər.
Bütün sahələrdə universal peşə təhsili
Vizual sənət, musiqi, dram və bədən tərbiyəsi kimi kurslar tələbələrin mədəni, bədii və idman vərdişlərinin artmasında mühüm rol oynayır. Bu kurslar tələbələrin yaradıcılıqlarını və özlərinə inamına şərait yaratmaq, bədii istedadlarını nümayiş etdirmək, özlərini ifadə edə bilmək ideyalarını aşılayır.
Gələcəyin liderlərini yetişdirmək
Yaxşı bir məktəb həm də gələcəyə rəhbərlik edə biləcək şəxsləri yetişdirməyi bacarmalıdır. Bu mənada T-MBA proqramı təklif edən məktəblər ideal seçim ola bilər.
T-MBA proqramı (Teenager MBA), lisey səviyyəsinə uyğun olaraq qurulmuş MBA Proqramının təhsil modelidir. 11-ci sinifdə tətbiq olunan T-MBA təhsil modeli özlərini yaxşı ifadə edən, cəmiyyətə müsbət töhfələr verən, özünə güvənən və texnologiya ilə barışan təşəbbüskarlar, sosial və yenilikçi liderlər yetişdirir. T-MBA təhsilinin sonunda tələbələr dünyanın ən böyük təşkilatlarından biri olan Pearson tərəfindən təsdiqlənmiş T-MBA diplomunu ala, xaricdəki universitetlərə qəbul şansı qazana və nüfuzlu universitetlərin təqdim etdiyi təqaüd imkanlarından faydalana bilərlər.
Gələcəyini qurmağı bacarmalıdır
Elm və Texnologiya liseyi məzunları: Tədqiqatçılar, istehlak etmək əvəzinə istehsal etməyi seçən, texnologiyanı formalaşdıran, elm və texnologiya sahəsində yaxşı təchiz olunmuş yenilikçi bir şəxs olaraq karyeralarına bir addım qabaq başlayacaqlar. Bu imtiyazlı orta məktəb təhsili ilə tələbələrimiz dünyanın ən nüfuzlu universitetlərindən qəbul və təqaüd imkanı qazana, təhsillərini xaricdə davam etdirə bilərlər.
Layihə modeli lisey təhsili
Elm və texnologiyanın sürətli bir şəkildə dəyişdiyi müasir dövrdə, layihə modeli olan lisey təhsili şagirdlərin biliklə yanaşı yüksək səviyyəli akademik bacarıqlara yiyələnməsini təmin edir. Maraqlı araşdırma aparan, sual verən, problem həll edən, ağıllı düşünən və yaradıcılıqla maraqlanan tələbələr, öyrəndiklərini elmi baxımdan qiymətləndirərək layihələrdə əks etdirirlər. Layihə modeli olan lisey təhsili verən məktəblərdə hər bir şagird məzun olmadan əvvəl milli və ya beynəlxalq müsabiqədə iştirak edir.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB