Dahi şəxsiyyət Heydər Əliyevin "Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır" tezisi bütün dövrlər üçün öz aktuallığını qorumaqla yanaşı partiyanın gələcək inkişaf yoluna işıq salır.
Hər bir önəmli hadisə, keçilən yol bir zərurət kimi ortaya çıxır. Bu baxımdan VII qurultayı keçrilən Yeni Azərbaycan Partiyasının zəngin və şərəfli yolu hamımıza məlumdur. Bu gün Yeni Azərbaycan Partiyası 8 minə yaxın üzvü ilə böyük gələcəyi olan təşkilat kimi dəyərləndirilməkdədir. Bu günkü Azərbaycan reallıqları, ölkəmizdə bütün sahələrdə olan sürətli inkişaf Yeni Azərbaycan Partiyasının banisi Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan və bu gün də cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi bacarığın təcəssümüdür. Bu baxımdan Yeni Azərbaycan Partiyasının VII qurultayı gələcək üçün müəyyənləşdirilmiş əsas inkişaf perspektivlərinin konsepsiyasıdır. Heç şübhəsiz partiya qurultayında Prezident İlham Əliyev tərəfindən müəyyən edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən sonrakı dövrdə daha sürətli inkişafını təmin edəcək. Çünki YAP yarandığı ilk gündən Ulu öndərin başçılığı altında ölkəmizi böhranlı vəziyyətdən çıxaracaq addımlar atdı. Dünənimizə nəzər salanda görürük ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə Azərbaycanın tarixində yeni inkişaf mərhələsi başlayıb. Tarixdən məlumdur ki, 1993-2003-cü illər ölkənin inkişafında həlledici illər olub. Bu illərdə dövlətçiliyin əsasları qoyuldu. Yalnız Ulu Öndər 20 Yanvar faciəsinə siyasi qiymət verdi. Konstitusiya yalnız Heydər Əliyevin dövründə qəbul edildi. Senzura məhz onun göstərişi ilə, Xalq Cəbhəsi-Müsavat cütlüyü tərəfindən qoyulan senzura onun tərəfindən ləğv edildi. Siyasi islahatlara start verildi, çoxpartiyalı sistem yarandı. Biz beynəlxalq təcriddən çıxdıq.
Azərbaycan artıq hörmətli və hörmətə layiq olan ölkə kimi tanınmağa başlandı. Ölkəmizə böyük investisiyalar cəlb edildi. Ordu quruculuğuna start verildi. Bu çoxşaxəli uğurların davamlılığını, ölkəmizin daha da çiçəklənməsini isə möhtərəm prezident İlham Əliyev Cənabları həyata keçirdi və həyata keçirməkdədir. Yeniləşən Azərbaycanımızda Yeni Azərbaycan Partiyasının oynadığı rolu hər bir Azərbaycan vətəndaşı gündəlik həyatında hiss etməkdədir. Ulu Öndər Heydər Əliyevin bildirdiyi kimi, Yeni Azərbaycan Partiyasına xidmət etmək xalqa, dövlətə xidmət etmək deməkdir. Bu gün ölkəmizin gücünün, sürətli inkişafı və uğurların başında Ulu Öndərin siyasi kursunun davamçısı İlham Heydər oğlu Əliyev dayanır. Dünya praktikasından da, tarixdən də bizə məlumdur ki, Partiyanı,siyasi təşkilatı gücləndirən onun güclü lideri, güclü və sağlam təməlləridir. Yeni Azərbaycan Partiyasının əsasını qoyan Ümummilli Lider Heydər Əliyev sağlam təməllərə söykənərək öz güclü iradəsi və siyasi liderliyi ilə dövrün ən uğurlu partiyasını yaratdı. Bu gün cənab Prezident öz güclü liderliyi ilə Yeni Azərbaycan Partiyasının gücünə dahada güc qatdı. Möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, Yeni Azərbaycan Partiyası Azərbaycanın müasir tarixində böyük fenomendir. Nəinki Azərbaycanda, qonşu ölkələrdə də Yeni Azərbaycan Partiyası kimi güclü, mütəşəkkil qüvvə yoxdur.
Bu gücümüz yeni dövrdə Böyük Qələbəmizlə nəticələndi. Ölkəmizin tarixində yeni inkişaf mərhələsinin əsasını qoydu. Cənab prezidentin də qeyd etdiyi kimi şanlı qələbəmizdə mənəvi üstünlük Azərbaycanın tərəfindədir. Bu mənəvi amil Azərbaycanın qələbəsində həlledici rol oynamışdır. Ali Baş Komandan Yeni Azərbaycan Partiyasının VII qurultayındakı çıxışı zamanı vurğulamışdır ki, bir daha şanlı qələbəmizlə tarixi ədalət bərpa olundu. Bu dövrün ən önəmli hadisəsi ərazi bütövlüyümüzün bərpa edilməsi, Vətən müharibəsində parlaq Qələbənin qazanılmasıdır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdi, tarixi ədaləti bərpa etdi, işğalçıları əzəli torpaqlarımızdan qovdu və beləliklə, tarixi ədalət bərpa olundu. Bizim şanlı Qələbəmiz qürur mənbəyimizdir.
Elnur Bayramov
216 nömrəli məktəbin direktoru
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB