Gunay Orucova “Şərəf” ordeni ilə təltif edildi UKRAYNADA

Gunay Orucova “Şərəf” ordeni ilə təltif edildi UKRAYNADA

Soydaşlarımızın dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq onlar vahid ideologiya ətrafında birləşməyi, fəaliyyətlərini bu istiqamətdə davam etdirməyi əsas məqsəd olaraq seçirlər. Marsol – Qadın Sahibkarlarla iş üzrə departament rəhbəri Orucova Günay İlham qızı “Şərəf” ordeni ilə təltif edilib.

5 mart 2021-ci il tarixdə Ukrayna Qarapapaq Türkləri Milli Şurası (UQTMŞ) Azərbaycanın 3 nəfər ictimai xadiminin “Şərəf” ordeni ilə təltif edib.

SİA xəbər verir ki, bu barədə Ukrayna Qarapapaq Türkləri Milli Şurasının informasiya departamentindən açıqlama verilib. Belə ki, Gunay Orucovanın ”Şərəf” ordeni ilə təltif edilməsi barədə əmri UQTMŞ Sədri Daşqın Gülməmmədov imzalayıb. Təltif haqqında əmrdə qeyd edilir ki, Orucova Gunay Ukrayna Qarapapaq Türkləri Milli Şurasının “Şərəf” ordeni ilə təltif edilsin.

Qeyd edək ki, 25 dekabr 2019-cu il tarixində, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Rəyasət Heyəti, ictimai, siyasi, elmi, təhsil və digər fəaliyyətlərində fərqlənmiş şəxslərin təltif edilməsi üçün Ukrayna Qarapapaq türkləri Milli Şurasının “Şərəf” ordeni təsis edilməsi barədə qərar qəbul edib.

Ukrayna “Dövlət təltifləri haqqında” və Ukrayna “İctimai birliklər” haqqında qanunlarına, o cümlədən Ukrayna Qarapapaq Türkləri Milli Şurası Nizamnaməsinə uyğun olaraq təsis edilən “Şərəf” ordeni, Ukrayna dövləti, Türk Dünyası və Qarapapaq türkləri qarşısında xidmətlərinə görə fərqlənmiş şəxlərin təltif edilməsi üçün nəzərdə tutulub. “Şərəf” ordenin ilk sahibi Dünya Qarapapaq Türklərinin Baş Şadı, Türkiyənin ictimai-siyasi xadimi Öndər Cəmil oğlu Aksudur. O, bu ordenə 5 yanvar 2020-ci il tarixdə layiq görülüb.

“Şərəf” ordeninin hüquq statusuna gəlincə, bildirək ki, Ukrayna Qarapapaq Türkləri Milli Şurası Ümumukrayna İctimai Birliyinin Nizamnaməsi və “Şərəf” ordeni Statutu ilə tənzimlənir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə