Azərbaycanda peyvənd edilənlərin ümumi sayı açıqlandı

Ötən gün Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına qarşı 17 495 nəfər vaksinasiya olunub.

Bu barədə SİA Nazirlər Kabineti yanında Operativ Qərargaha istinadən xəbər verir.

Hazırkı dövrədək ölkəmizdə koronavirus infeksiyasına qarşı 407 979 nəfər peyvəndlənmə prosesində iştirak edib. Vaksinasiya respublikanın bütün rayonlarında uğurla davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə