İctimai nəqliyyat 3 gün işləməyəcək

Bu gündən martın 9-u saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb. SİA xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır. Eyni zamanda Nazirlər Kabineti tərəfindən "Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə" qərarına dəyişikliyə əsasən, martın 8-də də ictimai nəqliyyat işləməyəcək. Bununla əlaqədar 06 mart saat 00:00-dan 09 mart saat 06:00-dək ictimai nəqliyyat fəaliyyət göstərməyəcək. Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə