Qarabağ zəfərində Xalqın və Ordunun gücü vəhtəd təşkil edirdi...

Şairin səsləndirdiyi “Ümid sənədir ancaq Azərbaycan əsgəri “ misrası 44 günlük Vətən müharibəsində özünü tam mənasıyla doğrultmuşdur. Vətənimizin çətin günündə, yağı düşmən torpaqlarımıza hücum edən ilk gündən əsgərimiz vətən keşiyində durmağı özlərinə şərəf borcu bilmişdir. İstər Birinci Qarabağ Savaşında, istərsə də Vətən müharibəsində ordumuzun, əsgərimizin rəşadətindən, şücaətindən hər bir azərbaycanlı fəxarət hissi ilə danıışır. “Ölsək şəhid qalsaq qazi” prinsipi ilə döyüşə yollanan igidlərimiz azğın düşməndən fərqli olaraq döyüşlərdə əsl kişilik və qəhrəmanlıq təcəssüm etdirmişdilər. Damarlarında döyüşkən türk millətinin qanını daşıyan əsgərimizə cəsarət verən, onu şərəfləndirən döyüş meydanından qalib kimi çıxmasıdır. Azərbaycan xalqının zaman-zaman başı qonşu hesab etdiyi eməni xislətindən bəlalar çəkmişdir. Çörəyimizi yeyən, suyumuzu içən mənfur ermənilər sonunda bizə naxələf çıxaraq xəyanət etmişdilər. Xəyanətkar “haylar” şanlı Ordumuz tərəfindən layiqlı cəzasına çatmışdır.

30 ilə yaxın davam edən Qarabağ münaqişəsinin sülh yolu həlli üçün çoxlu diplomatik səylər göstərilmiş, beynəlxalq sammitlərdə və beynəlxalq təşkilatlarda bu problemin həlli istiqamətində Azərbaycan Respubliksının operativ və praqmatik fəaliyyətnə baxmayaraq fitnəkar və təxribatçı Ermənistan bizə müharibə variantından başqa çıxış yolu buraxmamışdır. Ali Baş Komandanın qətiyyəti ilə Ordumuzun döyüş hazırlığı hər zaman yüksək səviyyədə olmuş milli ruh, döyüş taktikası və vətənpərvərlik hissləri intellektual və mətin zabitlərimiz tərəfindən əsgərimizə aşılanmışdır. Ordumuzun maddi-texniki bazası ən müasir silah-sursatlarla, hərbi texnikalarla, artreliya qurğuları ilə təmin olunmuşdur. Xalq –Ordu birliyi, böyük ruh yüksəkliyi, vahid mərkəzdən idarə olunan əzmkar və qətiyyətli komandanlıq işğal altında olan qədim Qarabağ torpağımızı, Xarı Bülbülü əzəli və əbədi sakinlərinə qovuşdurdu. Dünyanın ən inkişaf etmiş güclü orduları belə Ordumuzun döyüşlərdə göstərdiyi qətiyyətə, əzmkarlığa, dəqiq və düzgün planlı takitakalara heyran qalmışdılar. Bu müharibədə ordumuzun bütün qoşun növləri iştirak etmiş, qələbənin əldə edilməsində hər birinin ayrılıqda öz payı vardır. Yaxşı təşkil olunmuş nizami Ordumuzun əsgərləri bütün silahlardan mükəmməl istifadə etməyi döyüş hazırlığı təlimlərində mənimsəmiş, döyüş meydanında isə azğın və qorxaq düşmənə qarşı tədbiq etmişlər. Artreliya, sərhəd, və xüsusi təyinatlı qoşun növlərimiz müharibədə xüsusi ilə fərqlənmişdilər. Dünyada ən müasir PUA, Bayraqdar, HAROP tipli artreliya qurğuları düşmənə göz açmağa belə macal vermirdi. Əlbətdə ki ordumuzun hər bir fərdinin, əsgərdən generala qədər öz fiziki və mənəvi gücünün mənbəyi dövlət qayğısından və xalq sevgisindən qaynaqlanmışdır. Müharibədə qələbə çalmağın yarıdan çoxu yüksək ruh yüksəkliyi və mənəvi özünə inamdan qətiyyətdən və əzmkarlıqdan irəli gəlir.

Azərbaycan əsgəri qədim alınmaz qala olan Şuşa şəhərinə canlı sipər - barrikada quraraq hücum etmiş, hətta şəhid olan döyüş yoldaşlarını çiyinlərində daşıyaraq, sıldırım qayalıqlardan keçərək şəhəri düşmən tapdağından azad etmişdilər. Şuşanın alınmasında xüsusi təyinatlı qoşun növümüzün xidmətləri əvəzsizdir və onların göstərdiyi şücaət əfsanədir. Hər bir kəndin, şəhərin işğaldan azad olunması xəbəri bütün Azərbaycanı sevinc göz yaşlarına qərq edirdi. 10 noyabr təqvimi Azərbaycan tarixinə qızıl hərflərlə yazılan bir tarixdir. Xalqımız öz Şanlı Ordusuna dərin minnətdarlıq hissini ifadə edirdi. Ali Baş Kommandana çoxlu sayda bütün bölgələrdən təşəkkür məktubları ünvanlanırdı. Bütün bunlar millətin öz dövlətinə, Prezidentinə və Ordusuna sevgi və etimadının bariz nümunəsi idi. Qələbənin əldə edilməsində və torpaq, vətən, ərazi bütövlüyümüz uğrunda canından keçən şəhidlərimizin hər biri bizlərin müqəddəs and yeridir. İşğaldan azad edilmiş hər qarış torpaqda kutsal şəhid qanı vardır. Uca Tanrı Qalib Sərkərdəmizi və Müzəffər Ordumuzu hifz eləsin! Yaşasın qüdrətli Azərbaycan Respublikası!

Anar Babayev

Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi

Bütün xəbərlər Facebook səhifəmizdə