Koronavirusun daha bir ağrılı nəticəsi ağız boşluğunda

Alimlər koronavirusu olan insanlarda ağız suyu ektaziyası inkişaf etdiyini aşkar ediblər. SİA RenTV-yə istinadən xəbər verir ki, tədqiqat İtalyan alimləri tərəfindən aparılıb.

Qeyd olunur ki, tədqiqat işlərinin nəticələri "Journal of Dental Research" jurnalında dərc edilib. Tədqiqatçılar, xəstəxanadan çıxdıqdan 100 gün sonra Milanadakı 122 COVID-19 xəstəsinin ağız boşluğunda sağlamlığını izləyiblər. Koronavirusa yoluxanların 83.9%-nin ağız boşluğunda fəsadların inkişaf etdiyi məlum olub.
Digər yanakı təsirlər arasında oynaq anomaliyaları, üz ağrısı və çeynəmə əzələlərinin zəifliyi də yaygındır. Elmi işin müəllifləri ağız boşluğuna qalıq zərərli halların çox vaxt ağır bir xəstəlik keçirmiş xəstələrdə inkişaf etdiyini qeyd ediblər.
Bundan əvvəl immunoloq koronavirusun mutasiyalarını "hər kəs üçün dəhşətli" adlandırmışdı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə