Türkiyə Prezidenti qəza barədə müdafiə nazirindən məlumat alıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan martın 4-də qəzaya uğrayan Silahlı Qüvvələrə məxsus hərbi helikopterlə bağlı milli müdafiə naziri Hulusi Akardan məlumat alıb. SİA xəbər verir ki, qəzaya uğrayan “Cougar” markalı helikopterin Bingöl-Bitlis marşrutu ilə uçduğu bildirilib. Türkiyə vaxtı ilə 13:55 radələrində səmaya qalxan helikopterlə təxminən 30 dəqiqə sonra rabitə əlaqəsi kəsilib. Bundan dərhal sonra “CN-235” markalı hərbi təyyarə və pilotsuz uçuş aparatları axtarış işlərinə başlayıblar.

Qəza nəticəsində 9 hərbçi şəhid olub, 4-ü xəsarət alıb. Hadisə yerinə xilasedici dəstələr cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...