Kimlər əfv olunacaq? 100-dən artıq müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının bu gün keçirilən iclası başa çatıb. SİA-nın məlumatına görə, iclasda əfvlə bağlı 100-dən artıq yeni müraciətə baxılıb.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə