YAP Şəmkir rayon təşkilatı şəhid ailələri və qazilərlə növbəti görüşünü keçirib

Belə ki, rayon təşkilatın nümayəndələri Vətən müharibəsində Şəmkir rayonunun Dəllər-qəsəbəsində şəhid ailələrini, qaziləri ziyarət ediblər.

Qazilərlə söhbət zamanı YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev qeyd etdi ki, qəhrəman Azərbaycan əsgər və zabitlərinin cəsarəti, mətanəti və milli ruhu xalqımıza Şanlı Qarabağ Zəfərini bəxş etdi. Hər bir azərbaycanlı, bütün xalqımız Vətən müharibəsinin Şəhidlərinə onların ailə üzvlərinə, Vətən uğrunda sağlamlığını itirən qazilərimizə, əlində silah düşmənlə üz-üzə qəhrəmanlıq dastanı yazan müzəffər Ordumuzun qalib əsgərlərinə minnətdardır.

Şəhid ailələri, qazilərimiz, müharibə veteranları hər zaman Yeni Azərbaycan Partiyasının, o cümlədən rayon təşkilatımızın xüsusi diqqət mərkəzindədir.

Görüşlər zamanı Şəhid ailələrinin və qazilərin qayğıları ilə maraqlanıldı, onlara ərzaq sovqatı və maddi yardım göstərildi.

Bütün xəbərlər Facebook səhifəmizdə