"Bu gün atılan addımlar gələcəyə xidmət etməlidir" MƏQALƏ

Bu dəfəki Xocalı soyqırımının ildönümü əvvəlki illərdən fərqli idi. Belə ki, soyqrımın 29-cu il dönümündə "Ana fəryadına" yürüyən xalq da, rəhbəri də daha qürurlu idi. Müharibədə qalib olan Ali baş komandan və məğrur xalqı, rəşadətli ordusu, şəhidləri, qaziləri sayəsində budəfəki 26 fevralı fərqli andı. Ziyarətdən sonra Prezident İlham Əliyevin yerli və xarici media nümayəndələri ilə 4 saatlıq keçirilən mətbuat konfransı zamanı dünya mediasının 35-dən çox nümayəndəsinin 50-yə yaxın sualını cavablandırarkən dünya ictimaiyətinə verdiyi mesajlar geniş müzakirə mövzusu oldu. 44 günlük Vətən müharibəsindən sonra noyabrın 10-da Azərbaycan prezidenti İlham Əliyev, Rusiya prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında imzalanan bəyanat, onun icrası və hazırki siyasi proseslərin bu bəyanatın icrasına təsir imkanları ətrafında verilən suallar daha çox siyasi mesajların verilməsinə səbəb oldu. Rusiyalı sülhməramlılar və onların nəzarətində olan Qarabağ torpağlarına qayıdışın reallaşacağı, erməni xalqının dil, din ayrı-seçkiliyi qoymadan Qarabağda yaşayacağı ilə bağlı dövlət başçısının səsləndirdiyi bəyanatlar, verilən siyasi mesajlar içərisində ən vaciblərindən idi. Prezident vurğuladı ki, bundan sonra Azərbaycan və erməni xalqlarının birgə yaşaması ilə bağlı aydın təsəvür var.

Azərbaycanda, eyni zamanda digər ölkələrdə azərbaycanlı və ermənilər kompakt yaşayırlar. Prezident vurğuladı ki, biz əməkdaşlığa açıq olan ölkəyik və Azərbaycanda müxtəlif xalqların nümayəndələri əsrlər boyu bir ailə kimi yaşayıblar. Azərbaycanda dini, milli zəmində hər hansı qarşıdurma olmayıb. Prezident vurğuladı ki, Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Nəzərə alsaq ki, hələ sovet dövründə o bölgədə qəzetlər çap olunurdu, digər dillər kimi erməni dili də Azərbaycanda qorunacaq. Prezident çıxışında bildirdi ki,10 noyabr bəyanatı düşmənçilik səhifəsinin çevrilməsinə zəmindir. Bu bəyanata sadiqlik olunmaqla regionda sülh təmin olunacaq. Eyni zamanda konfransın gedişində 3 tərəfli qaydada kommunikasiyaların bərpası, Zəngəzur dəhlizinin yaranması, nəqliyyat maneələrinin aradan qaldırılması nəzərdə tutulub. Bunun baş tutacağı təqdirdə, Ermənistanın da mənfəət əldə edəcəyi vurğulanıb. Gələcəkdə sülhün möhkəmləndirilməsi üçün inteqrasiya proseslərinin güclənməsi vacibdir. Prezident mətbuat konfransında infrastruktur layihələrindən də danışmışdır. Füzuli aeoroportunun istifadəyə verilməsi, Füzulidən Şuşaya çəkilən yol, Laçında və Zəngilanda aeoroportlar tikintisinin reallaşdırılması, yeni kəndlərin salınması, işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının inkişafı üçün layihələr bunlara misal ola bilər. Konfransda prezident iqtisadi mesajlarda vermişdir. Burada əraziyə İran, Türkiyə sərmayələrinin yatırılması, münaqişədə dəymiş ziyanın hesablanması gələcək planlardandır.

Müharibədən qalib ayrılan dövlətin başlıca vəzifəsi düşmən tərəfindən viran qoyulmuş, talanmış yararsız hala salınmış ərazilərin bərpasıdır. Qarabağda müasir infrastrukturun yaradılması və bunun üçün görüləcək işlərlə bağlı Azərbaycan Prezidentinin açıqlamaları da diqqətdən kənar qala bilməz. Mətbuat konfransında Prezident İlham Əliyevin Qarabağın dirçəlməsinin dövlətin əsas prioriteti olmasını bir mənalı ifadə etməsi də həm yerli, həm də xarici ictimaiyyətə verilmiş önəmli mesajlardandır. Qardaş Türkiyənin hər zaman Azərbaycanın yanında olması təkcə sözdə yox əməldə baş verdi. Qarabağda reallaşan layihələrin əksəriyyətində Türkiyənin olması, müharibədə qardaş ölkənin siyasi, mənəvi cəhətdən Azərbaycanın yanında olması dəfələrlə vurğulandı. Konfransda Prezident Azərbaycan tərəfindən erməni əsirlərinin qaytarıldığını, Şuşa əməliyyatı ilə hərb tarixinə uğurlu imzasını atan Azərbaycanın qorxmaz hərbçilərinin igidliyindən bəhs edilmişdir.

Prezident İlham Əliyev jurnalistlərin suallarına 4 dildə cavab verib. Böyük Britaniyadan olan jurnalist Aynur Tattersal mətbuat konfransında deyib ki, 25 ildi jurnalistika ilə məşğuldur, amma hər hansı Prezidentin 4 dildə bu cür mətbuat konfransı keçirməsinin şahidi olmayıb. O Prezidentin rekorda imza atdığını dilə gətirib.

Əliyev Elçin Əli oğlu

Bakı şəhəri, Xəzər rayonu İ.Tağıyev adına 26№-li məktəbin tarix müəllimi

Bütün xəbərlər Facebook səhifəmizdə