Şəhid ailələrinə və qazilərə yüksək diqqət göstərilir

Ölkəmizin hər yerində olduğu kimi Tovuz rayonunda da şəhid ailələri və qazilər hər cür qayğı ilə əhatə olunublar. Bu istiqamətdə həyata keçirilən tədbirlər ardıcıl və sistemli xarakter daşıyır. Yeni Azərbaycan Partiyasının rayon təşkilatı da partiyanın “şəhid ailələrinə qayğı aksiyası” çərçivəsində fəaliyyətini davam etdirir. Rayon təşkilatı Şurasının üzvləri aksiyanın keçirilməsində fəal iştirak edirlər.

Mart ayının 3-də rayon təşkilatının sədri Məzahir Bayramov, Şura üzvləri Rəşad Zeynalov, Niftalı Qasımov, Təranə Bayramova və Fərman Qurbanov Yuxarı Öysüzlü kəndində şəhid Ələsgərov Yusif Yaşar oğlunun, Əkbərov Vüqar Seyid oğlunun, Ağdam kəndində şəhid Yusifov Elbrus Şəmsi oğlunun və Tovuz şəhərində şəhid Hüseynov Cavid Natiq oğlunun ailələrinə baş çəkiblər. Ziyarətçilər şəhid ailələrinin qayğıları ilə maraqlanıb, onları düşündürən məsələlərlə bağlı ətraflı söhbət aparıb, dövlətimizin şəhid ailələri ilə bağlı tədbirləri barədə məlumat veriblər.

Şəhid valideynləri göstərilən dəstəyə görə minnətdarlıqlarını bildirib, özlərini daim ölkə Prezidentinin diqqət və qayğısı altında hiss etdiklərindən əminliklərini ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə