Neftçalada şəhid muzeyinin açılışı olub

Neftçala rayon Kürqarabucaq kəndində şəhid Ağasadığ Aslanovun ev muzeyinin açılışı olub. SİA xəbər verir ki, gizirin doğum gününə, 30 yaşının tamamına təsadüf edən açılışda millət vəkili Sabir Rüstəmxanlı, rayon rəhbərliyi, şəhidin hərbçi yoldaşları, "Kür-Xəzər Xeyriyyə" İctimai Birliyinin sədri Akif Kərimov və ictimaiyyət nümayəndələri iştirak edib.

Şəhidin atası Xəlil Aslanovun öz həyətində tikib ərsəyə gətirdiyi muzeydə Ağasadıq Aslanov və Kürqarabucaq kəndinin digər şəhidlərinə aid fotolar, məlumatlar yerləşdirilib.

Açılışda rayon icra başçısı Mirhəsən Seyidov, millət vəkili Sabir Rüstəmxanlı, "Kür -Xəzər" xeyiryyə ictimai birliyinin sədri və digər qonaqlar çıxış edərək şəhid və bütün Qarabağ şəhidləri haqda danışıb, onların xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.

Çıxış edənlər şəhid Aslanov Ağasadıxın, eləcə də Neftçaladan vətən müharibəsi iştirakçılarının düşmənə qarşı göstərdikləri igidlik və qəhrəmanlıqlarından söhbət açıblar.

Şəhidin atası iştirakçılara öz minnətdarlığını bildirib. Daha sonra şəhidin məzarı ziyarət edilib.

Qeyd edək ki, Aslanov Ağasadıq Xəlil oğlu Vətən müharibəsində igidliklərinə görə “Azərbaycan Bayrağı” ordeninə və “Vətən uğrunda” , “Xocavəndin azad olunmasına görə” , “Şuşanın azad olunmasına görə” medallarına layiq görülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...