Bu gün tarixçilər hələ də Krımın kimə məxsusluğu ilə bağlı mübahisə edirlər. Bəziləri bütün bunların kökündə Kremlin Ukraynanı Moskvaya daha möhkəm bağlamağa hesablandığını iddia edirlər. Amma burada başqa bir nüans da rusların səsləndirdikləri məsələ ilə bağlıdır. Doğrudanmı, o vaxt Krımı Ukraynaya Xruşşov verib?
SİA müxtəlif rus mənbələrinə istinad edir.
Əslində isə reallıq budur ki, 1954-cü ilin 16 fevralında SSRİ Ali Sovetinin Rəyasət Heyəti Krımın Ukrayna SSR-ə verilməsinə dair bir fərman verib. Fərmanın verilməsinə səbəb isə ortaq iqtisadiyyat və ərazi yaxınlığı idi.
Başqa reallıqlar: yarımadanın əsl sakinləri olan Krım tatarlarının kütləvi deportasiyalarından sonra yarımada boşalmışdı. Yerli tatarların evlərinə köçürülən ruslar isə yarımadanın iqtisadiyyatlarını bərpa edə bilmədilər.
Bildirək ki, yarımadanın problemləri sırasında 1944-cü ildə Stalının adı ilə əlaqələndirilən deportasiyanın da "böyük rolu" olub. Belə ki, həmin ərəfədə 300 mindən artıq Krım tatarı Orta Asiyanın ilan mələyən çöllərinə deportasiya olundular.
Onların evlərinə isə, ilk növbədə, Rusiyanın daxili bölgələrindən – Kursk, Voronej və Rusiyanın şimal bölgələrindən rusları gətirməyə başladılar.
Ancaq Krıma köçürülən bu rusların əksəriyyəti yarımadanın iqliminə öyrəşə bilmirdilər. Onlar bu ərazilərdəki əkinçiliyin yerli xüsusiyyətlərini anlamırdılar. Bir çoxu isə üzüm, tütün və qarğıdalı təsərrüfatlarını ilk dəfə görürdülər. Ancaq onlar geri qayıtmağa cəsarət etmirdilər. Onlar hətta Stalinin ölümündən üç il sonrada Krımdan köçməyə qorxurdular.
Qeyd edilməlidir ki, 1953-cü ilin oktyabrında Krıma gələn Nikita Xruşşovu müşayət edənlər arasında onun kürəkəni Aleksey Adjubey yarımadanın xarabazara çevrildiyini, Tatar kəndlərinin kimsəsiz qaldığını bildirirdi. O, Stalinin göstərişi ilə Orta Asiyanın soyuq çöllərinə göndərilən tatarların geri qayıtmaq ümidlərini itirdiklərini istisna etmirdi.
Həmin günlərdə, Adjubey qayınatısı ilə Rusiya əyalətlərindən köçürülənlər arasındakı yaşananlara da xüsusi yer ayırmışdı. Onun yazdığına görə, vaxtilə Kursk, Voronej və Rusiyanın başqa bölgələrindən Krıma köçürülənlər Xruşşova "kartof burada böyümür, kələm solur və s.", deyib şikayətlənirdilər. Onlar açıq deməsələr də, geri qayıtmaq istədiklərini biruzə verirdilər.
Bəlkə də elə bunun nəticəsi idi ki, 1954-cü ildə Krımın əkin sahələri 1940-cı illə müqayisədə 70 min hektar azalmışdı. Yarəmadanın ən böyük problemlərindən biri su problem kimi, hələ də həllini tapmamışdı.
Beləliklə, 1954-cü ilin əvvəlində "Krım bölgəsinin əkinçilik vəziyyəti haqqında" bir sertifikat tərtib edildi. Bundan bir neçə gün sonra, yanvarın 25-də Moskvada Nazirlər Sovetinin rəhbəri Georgi Malenkovun rəhbərliyi ilə KPK Mərkəzi Komitəsi Rəyasət Heyətinin iclası keçirilir. İclasda Krımın Ukrayna SSR-ə verilməsinə dair son qərar qəbul edilir. Fərman layihəsi, 19 fevralda SSRİ Ali Sovetinin Rəyasət Heyətinin yekdilliklə səs verdiyi gizli bir protokolla təsdiq edilir.
Qeyd edək ki, müharibədən sonrakı dövrdə Sovet rəhbərliyi üçün müttəfiq respublikaların sərhədlərinin yenidən çəkilməsi ümumi bir inzibati məsələ idi. Axı bütün bunlar Kremldə mərkəzləşdirilmiş nəzarətə sahib bir dövlət çərçivəsində edilirdi. Bununla yanaşı, heç kim nə vaxtsa SSRİ-nin dağılacağını və bu qərarlar üzündən siyasi mübahisələrin və hərbi münaqişələrin başlayacağını düşünürmürdü.
Bu gün tarixçilər Krımın 1954-cü ildə Ukrayna SSR-ə verilməsinin səbəbləri barədə mübahisələr aparırlar. Bəziləri müharibədən sonrakı Krımdakı iqtisadi vəziyyətin o qədər də çətin olmadığını düşünürlər. Amma belə deyildi... Əslində Sovet hökuməti məqsədyönlü şəkildə bəzi digər etnik bölgələri milli respublikalara daxil etməklə onları Moskvaya "bağlamağa" çalışırdı.
Bu gün Rusiyada çoxları Krımı Ukraynaya Xruşşovun verdiyini deyirlər. Əslində isə, 1953-1954-cü illərin sonlarında Xruşşov özü istəsə də belə qərarları təkbaşına verə bilməzdi. Çünki, həmin ərəfədə "Stalinist qvardiya"sı kimi tanınan SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Kliment Voroşilov, Nazirlər Sovetinin sədri Georgi Malenkov və digərləri hələ də hakimiyyətdə idilər.
Halbuki, Xruşşova bunları sıradan çıxarmaq üçün sonrada üç-dörd il lazım oldu.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB