YAP Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı aksiyası”nı davam etdirir

Yeni Azərbaycan Partiyasının Tovuz rayon təşkilatı “Şəhid ailələrinə qayğı aksiyası” çərçivəsində tədbirləri davam etdirir. Peşə Liseyi ərazi ilk partiya təşkilatının sədri Şahnaz Abbasova YAP Tovuz rayon təşkilatının fəalları Jalə Məmmədova və Cavid Hüseynov və digərləri Koxanəbi kəndində şəhid Ələkbərov Muraz Məzahir oğlunun və Qaraxanlı kəndində Vəlixanov Rövşən Aydın oğlunun ailələrinə baş çəkiblər. Rayon təşkilatının şura üzvü Adil Həsənov isə mədəniyyət şöbəsi ərazi partiya təşkilatının sədri Flora Məsiyeva , təşkilatın fəalları Asif Qasımov və Zöhrə Nağıyeva ilə Dönük Qırıqlı kəndində şəhid Sultanov Nural Yaşar oğlunun ailəsini ziyarət ediblər. Görüşlər zamanı ailələrin qayğıları ilə maraqlanılıb və onlara sosial dəstək göstərilib. Şəhid ailələri bütövlükdə dövlətin bu təbəqə ilə bağlı həyata keçirdiyi tədbirlərdən razılıqlarını bildiriblər.

Allah şəhidlərimizə rəhmət eləsin!

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə