Əfv komissiyasının növbəti iclasının vaxtı bilindi

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı məlum olub.

SİA-nın məlumatına görə, növbəti iclasın martın 4-də keçiriləcəyi nəzərdə tutulur.

Qeyd edək ki, indiyədək komissiyanın 5 iclası keçirilib və daxil olan müraciətlərin 550-dən çoxuna baxılıb.

İclaslarda əsasən yol nəqliyyat hadisəsi törətmiş şəxslərin, əcnəbilərin və hərbi qulluqçuların müraciətlərinə baxılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...