"Formula1"dən təqdirəlayiq təklif -TƏKLİF

"Formula1 çox iddialı bir məsələ ilə əlaqədar təklif irəli sürüb. Belə ki, 2030-cu ilə qədər dayanıqlı hibrid yanacaqlı mühərriklərə gedən yol adı altında atmosferə daha az karbon qazı atmaq üçün mübarizə aparacaq". SİA xəbər verir ki, bu barədə BŞH Əməliyyat Şikətinin mətbuat xidmətinin rəhbəri Ayan Nəcəf məlumat verib.

O, söyləyib ki, bu məsələdə əsas prioritet məsələlər yeni daşınma vasitələri, birdəfəlik plastiklərdən istifadənin azaldılması, 2030-cu ildə xalis sıfır karbon qazı öhdəliyidir.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə