Bu gün Azərbaycanda Od çərşənbəsi qeyd olunur

Bu gün Azərbaycanda ikinci çərşənbə - Od çərşənbəsi qeyd olunur.

SİA xəbər verir ki, ilin axır çərşənbələrindən ikincisi xalq arasında "Xəbərçi", "Üskü", "Addı" çərşənbə kimi tanınır.

Bu çərşənbə qədim insanların oda olan inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı yandırırlar.

Qeyd edək ki, növbəti çərşənbə - Yel çərşənbəsi martın 9-da, ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...