44 günlük Vətən müharibəsində Azərbaycan Prezidentinin qətiyyətli addımları və nizami rəhbərliyi ilə, ordumuzun böyük fədakarlıqa döyüşərək xalqımıza Qələbəni qazandırması, dövlətin şəhidlik zirvəsinə ucalmış qardaşlarımızın ailəsini və qəhrəman qazilərimizi daima diqqətdə saxladığını göstərdi. Şübhəsiz, erməni muzdluları və Ermənistan silahlı qüvvələri ilə tarixi, əzəli və əbədi torpaqlarımızda müharibə etmək, qələbə qazanmaq bir ölkə olaraq bizim haqqımız və ədalətimiz idi.
Mən Ali Baş Komandanımızın yüksək əhval-ruhiyyə ilə başladığı və qələbə ilə bitirdiyi müharibədə xalqımızın bütövlüklə bir yumruq kimi birləşməsini qürurla qeyd etmək və dövlətimizin şəhid ailələrinə, qazilərimizə yaxından qayğısı barədə yazmaq istəyirəm. Əminəm ki, bundan sonra zaman keçdikcə, əzmli sərkərdəmiz İlham Əliyevin qələbəyə hesablanmış uzaqgörənliyi və planlı hərəkətləri, şanlı ordumuzun isə şücayəti hələ uzun illər müzakirə olunacaq, dünya dövlətləri hərbi və strateji baxımdan bu müharibədən özləri üçün nümunələr götürəcəkdir. Tarixə ən qısa müddətli müharibə kimi düşən bu vətən müharibəsi qədirbilən xalqımızın necə dərin tarixi köklərə sahib olduğunu sübut etdi.
Bildiyiniz kimi Prezidentin xüsusi tyəşəbbüsü ilə Bakı şəhəri Ramana qəsəbəsində 1512 mənzildən ibarət kompleksdə 9 mərtəbəli 30 bina inşa olunub. Kompleksdə orta məktəb, uşaq baxçası, klub-icma mərkəzi tikilmişdir. Qeyd edim ki, cari ilin yanvar ayında Prezidentin sərəncamı ilə təsdiq olunmuş proqramlara əsasən, 2021-2025 ci illərdə ev şəraitinin yaxşılaşdırılmasına ehtiyyacı olan 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil, habelə fərdi evlə təmin olunacaqdır. Burada uşaq baxçası və 1200 yerlik məktəb inşa olunub. Yəni yaşayış üçün bütün imkanlar var. Nəzərinizə çatdırım ki, müharibədən cəmi 3 ay yarım zaman keçib, ancaq şəhid ailələri və müharibə əlilləri üçün artıq belə yaşayış kompleksi tikilərək, təqdim olunub. Qazilərimizə isə Şağan qəsəbəsində əsaslı təmirdən sonra açılmış reabilitasiya mərkəzində tibbi yardım göstəriləcəkdir. Vətən müharibəsində ayaqlarını itirmiş qazilərimizin artıq bir neçəsi protezlərlə təmin edilib, normal həyata dönə biliblər. Bir sözlə müharibə zamanı əlini, qolunu itirmiş qazilərimizçün ən müasir protezlər sifariş edilmişdir. Burada minlərlə qazi hər il müalicə alacaq, öz sağlamlıqlarını bərpa edəcəkdir.
Bu günədək 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin olunmuşdur. Bu il isə 3 minə yaxın mənzil verilməsi nəzərdə tutulmuşdur. Demək həm Birinci ,həm ikinci Qarabağ müharibəsində şəhid olmuş qardaşlarımızın ailələrinə Bakıda, Sumqayıtda,Abşeron rayonunda bu ilin sonunadək mənzillər veriləcəkdir. Əlavə olaraq, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşınıda verilib. Beləliklə, dövlətimiz şəhid ailələri və müharibə əlillərinin təminatı üçün əlindən gələn hər şeyi edir. Gənclərimizin Ali Baş Komandanın, ölkə rəhbərinin çağrışına və tapşırığına böyük həvəslə əməl etməsi, möhtəşəm qələbəmizi şərtləndirən amillərdən biri oldu.
Bu gün fəxrlə deyirəm ki, bu müharibədə, ölməz şəhidlərimiz, əlil və qazilərimizlə yanaşı, ölkəmizdə gənc, vətənpərvər, vətəni üçün ölümün üzünə dik baxan gənc nəsil yetişdi. Vətənpərvərlik əzmində Xalqına və dövlətinə, Ali Baş Komandanına sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı yağı düşməndən azad etdilər. Bütün xalqımız və ölkəmizdə yaşayan xalqların nümayəndələri bir yumruq kimi birləşərək düşməni məğlub etdi. Bu tarixi hadisə idi. Çoxəsrlik yaşı olan ölkəmizin son 200 illik tarixində buna oxşar parlaq qələbə olmamışdır. Dövlətimiz, Ali Baş Komandan İlham Əliyevin mükəmməl uzaqgörən siyasəti və ölkə daxilində yürütdüyü sabit, xalqın sosial-rifah halının daima yaxşılaşmasına hesablanmış, dinamik inkişaf edən iqtisadi-siyasətlə bütün dünyaya öz gücünü göstərdi. Mən bu müharibədə qazandığımız ümummilli qələbəni təkcə Ermənistan üzərində deyil, bizə qarşı onun tərəfdarlarının, tarixi torpaqlarımızın əbədi işqal altında saxlamaq üçün mütəşəkkil və güclü dairələrin, üzərində çaldığımızı qeyd etmək istəyirəm. Əminəm ki, Ermənistan bu məkrli məqsədi həyata keçirmək üçün bir kiçik alət və bir vasitə idi, hansı ki, istəklərinə nail ola bilmədilər. Arzuları ürəklərində qaldı!
Ali Baş Komandanın dediyi kimi “iti qovan kimi qovduq onları” torpaqlarımızdan. Ermənilər məqsədyönlü şəkildə silahlandırılırdılar bizə qarşı. Azərbaycanda bütün sferalardakı inkişafı, ölkədə yürüdülən stabil siyasətlə əldə olunan uğurlarımızı həzm edə bilməyən xarici və onlara ölkədə maşalıq edən qüvvələrə üzərində qələbəmiz idi bu qələbə. Xalqımızın məsuliyyəti bütün dünyada ölkəmizin Ermənistanla müqayisədə necə fərqli olduğunu bir daha göstərdi. Belə ki, şanlı ordumuz müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə erməniləri öz torpaqlarımızdan qovdu, sərhədlərimizi bərpa etdi, amma Ermənistan tərəfinə keçmədi. Əslində bildiyiniz kimi bizi buna təhrik etmək istəyirdilər. Əyər ordumuz Ermənistan ərazisinə keçsəydi, vəziyyət başqa cür ola bilərdi. Onlar və tərəfdarları bunu nə qədər istəsələr də, ordumuzda olan çox güclü hərbi nizam-intizam, vahid kordinasiyadan idarə etmə, Ali Baş Komandana olan tabeçilik, inam və məhəbbət buna imkan vermədi, möhtəşəm qələbəmizi təmin etdi.
Düşmən tərəfindən atılan raketlər Gəncə, Bərdə, Tərtər, Goranboy, Naftalan və cəbhə boyu digər rayonlarımızın dağılmasına gətirib çıxarmışdır. Hətta onların atdığı raketlərdən Xızı rayonunada gəlib düşmüş, xeyli dağıntılara səsəb olmuşdur. Bu da heç bir müharibə qanun və qaydalarına sığmayan, dinc əhalinin, günahsız insanların tələfatına səbən olmuşdu. Lakin dünya ölkələri və onların ölkəmizdəki nümayəndəlikləri, Qeyri-hökümət, İnsan hüquqları müdafiə təşkilatları bu məsələyə də öz ikili standartları ilə yanaşmış, "demokratiya" carçıları susmaqla cavab vermişlər. Lakin bütün bunlar nə xalqımızı nə də dövlətimizi ruhdan salmır, bundan sonra da yeni müqavilələr imzalanıb, ən müasir silahlar alınır, artıq onlar ölkəmizə gətirilir. Apardığımız müharibə eyni zamanda ordumuzun gələcək təkmilləşdirilməsi məsələlərinidə üzə çıxarıb. Cənab Prezidentin apardığı islahatlar isə daha çevik, daha döyüşkən və döyüş təcrübəsi,qabiliyyəti yüksək olan ordunun yaranmasına səbəb olacaqdır.
Sonda diqqətinizi məğlub Ermənistanda müharibədən sonra baş verən xaos halından qeyd etmək istəyirəm. Hazırda məlumunuz olduğu kimi Ermənistanda ciddi siyasi və iqtisadi böhran hökm sürməkdədir. İqtisadiyyat tamamilə çökmüş, erməni xalqının sosial vəziyyəti çox acınacaqlı vəziyyətə düşmüşdür. Bu orda hakimiyyətin yarıtmaz siyasətinin acı nəticəsidir. Günbəgün dərinləşən və artıq həlli mümkün olmayan problemləri aradan qaldırmaq əvəzinə hakimiyyət üzvləri bir-birini günahlandırır, ittiham edirlər. Artıq Ermənistanda kütləvi həbslər başlayıb və idarəçilik nəzarətdən çıxmışdır. Bunun səbəbi isə son 30 ildə Azərbaycanla müharibə vəziyyətində olması və qonşu ölkələrlə normal münasibətlərin olmamasıdır. Ermənistanın bundan sonra bir dövlət olaraq var olmasının, inkişaf etməsinin tək yolu, Azərbaycanda aparılan xalqın işıqlı gələcəyinə hesablanmış, sabit iqtisadi-siyasətlə, inkişaf konsepsiyası, proqramları ilə yaxından maraqlanmaq və ondan özünə nümunə götürmək, sülh şəraitində qarşılıqlı əməkdaşlıq etməkdən ibarət olmalıdır.
Azərbaycanda isə Ali Baş Komandan İlham Əliyevin apardığı siyasətlə Ermənistan üzərində 44 günlük tarixi qələbəni xalqına qazandıqdıqdan sonra dünya iqtisadiyyatını və ölkələrini çökdürən, görünməyən təhlükəli düşmən COVİD19 virusuna yoluxma halını minimuma endirməsi dünyanın diqqətini və marağını özünə çəkmişdir. Nəzərinizə çatdırım ki, pandemiya vəziyyəti ölkəmizdə vətən müharibəsi getdiyi vaxtda da, yəni hamılıqla diqqətin ön cəbhədə olmasına baxmayaraq nəzarətdən kənara çıxmadı, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın birgə səyi ilə yoluxma və ölüm halları minimumda saxlanıldı. Qısa müddət ərzində modul tipli xəstəxanaların açılması və fasiləsiz fəaliyyəti, həkimlərimizin xəstələrlə sıx təması virusun ölkəmizdə yayılmasının, kütləvi hal almasının qarşısını aldı. Hər iki ağır döyüşdə lakin qazanılan şanlı qələbənin səbəbi kimi ölkəmizdə xalq-hakimiyyət birliyini görür və alqışlayıram.
Hörmətli Ali Baş Komandanım, Siz adınızı Azərbaycan tarixinə qızıl hərflərlə yazdırdınız! Əminəm ki, xalqımız sizinlədir. Nəhayət, mən bütün saatlılılar adından hər iki qələbə münasibəti ilə xalqımızı, Ali Baş Komandan İlham Əliyevi və xalqımız, dövlətimiz üçün taleyüklü bütün məsələlərin həllində əlindən gələni edən Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edirəm! Qarabağ Azərbaycandır!
Vüqar Məmmədov,
YAP Saatlı rayon 15 saylı ilk partiya təşkilatının sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB