YAP Biləsuvar rayon təşkilatı şəhid ailələri ilə görüş olub - FOTOLAR

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə keçirilən “Şəhid ailələrinə qayğı” aksiyası çərçivəsində YAP Biləsuvar rayon təşkilatının üzvləri rayondakı şəhid ailələri və qazilərlə görüşləri davam etdirir. Növbəti belə görüş isə fevralın 26-da keçirilib.

Belə ki, YAP Biləsuvar rayon təşkilatının bir qrup üzvləri şəhid ailələrini ziyarət ediblər. Şəhid ailələri ilə keçirilən görüşlərdə 44 günlük Vətən müharibəsinin tariximizə qızıl hərflərlə yazılmasında şəhidlərimizin rolundan danışılıb. Şəhid valideynləri isə Vətənimizin ərazi bütövlüyünün bərpa olunmasında onların övladlarının da iştirakından qürur duyduqlarını deyib, ölkəmizdə şəhid ailələrinə və qazilərə dövlət tərəfindən göstərilən dəstəkdən, xüsusilə də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısından razılıqlarını bildiriblər. Həmcinin, şəhid valideynlərinin problemləri ilə maraqlanıb, şəhid ailələrinə bəzi problemlərinin həlli məqsədilə köməklik göstərilib.

Rəfiqə

Bütün xəbərlər Facebook səhifəmizdə