Türkiyə mətbuatı "Səs" Media Qrupun Ərdoğana qeyri-adi təbrikindən yazdı

Dünən Səs Media Qrupa aid olan Səs İnformasiya Agentliyinin veb-saytında "Rəcəb Tayyib Ərdoğana möhtəşəm ad günü hədiyyəsi - Azərbaycanlı şairdən" adlı yazı dərc edilib. SİA xəbər verir ki, qardaş ölkənin mediası həmin xəbəri tirajlayaraq Türkiyə oxucularına çatdırıb.

Qeyd edək ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana Azərbaycanda sevgi sonsuzdur. Məhz buna görə azərbaycanlı şairin, yaxud sadə bir insanımızın Türkiyə Prezidenti haqqında ürək sözlərini çatdırması hər gün təkrarlanası hadisələrdəndir. Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı dərinləşdikcə liderlərimiz haqqında neçə-neçə dastanların, əsərlərin yazılacağına heç bir şübhə yoxdur.

Aşağıdakı linkə daxil olmaqla ankarabaku.com saytındakı xəbəri oxuya bilərsiniz:

https://ankarabaku.com/azerbaycanin-ses-medya-grubundan-recep-tayyip-erdogana-harika-bir-dogum-gunu-hediyesi/

Bütün xəbərlər Facebook səhifəmizdə