Ermənilərin Azərbaycanın Xocalı şəhərində törətdiyi soyqırımından 29 il ötür.
SİA xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək, burada yaşayan dinc əhaliyə - azərbaycanlılara qarşı soyqırımı törədib.
Erməni silahlı birləşmələri SSRİ dövründən Xankəndi şəhərində dislokasiya olunmuş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməyi ilə 1992-ci il fevralın 25-də Xocalı şəhərinə hücuma keçib. Mühasirəyə alınan şəhərin 2500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Lakin pusquda dayanan ermənilər dinc sakinləri gülləbaran ediblər. Əsrin faciəsi olan Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Rəsmi hesablamalara görə, qanunsuz erməni silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar dövlət əmlakının və xüsusi mülkiyyətdə olan əmlakın məhv edilməsi, talan edilməsi ilə bağlı Azərbaycan dövlətinə və vətəndaşlarına 140 milyon manatdan (təxminən 170 milyon ABŞ dolları) artıq ziyan vurulub.
1993-cü ildə Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə abidə ucaldılıb.
1994-cü ildə Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis “26 fevral - Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Sənəddə hadisənin başvermə səbəbləri və günahkarları təfsilatı ilə açıqlanıb.
2009-cu ilin fevralından isə İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKGF) Mədəniyyətlərarası Dialoq üzrə Baş Koordinatoru Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” kampaniyası keçirilir. Kampaniyanın məqsədi beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı məlumatlandırılması, faciəyə beynəlxalq aləmdə mənəvi-siyasi qiymət verilməsi və beynəlxalq səviyyədə anılmasını təmin etməkdir. Kampaniyanın beynəlxalq əlaqələndirilməsi www.justiceforkhojaly.org saytı vasitəsilə aparılır.
Xocalı soyqırımının ildönümü hər il Azərbaycan və dünyanın bir çox ölkəsində hüznlə qeyd olunur. Azərbaycan səfirlikləri və diaspor təşkilatları hər il fevralın 26-da fəaliyyət göstərdikləri ölkələrdə anım mərasimləri təşkil edir, konfranslar keçirirlər. Bu tədbirlərdə ermənilərin Xocalıda törətdikləri vəhşilikləri əks etdirən foto-stendlər, sənədli filmlər nümayiş olunur, soyqırımı həqiqətlərini əks etdirən kitablar sərgilənir.
Qeyd edək ki, artıq dünyanın 16 ölkəsinin parlamenti və eləcə də İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan qərar qəbul edib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Arxeoloqlar 1400 illik kubik kəllə aşkar ediblər...
Maraqlı 22:05Alimlər "Ulduz müharibələri"ndən qəribə bir planet kəşf ediblər...
Texnologiya 21:54Xəzər dənizində zəlzələ olub
Hadisə 21:28“Lukoil”-in xaricdəki aktivlərinə kim göz dikib?
Dünya 21:05Moskva təhlükə altındadır...
Dünya 20:36Lorakın əri müğənnidən İspaniyada ona villa almasını istəyib...
Şou-Biznes 20:25Astronomlar 3I/ATLAS-ın Yerdən niyə görünmədiyini izah etdilər...
Texnologiya 20:14Vəziyyət kritikdir...
Dünya 19:54Budur, onlar, “Süni sntellektual maşın memarları”…
Texnologiya 19:43Almaniya Rusiya səfirini “xalçaya” çağırdı…
Dünya 19:36“Putin SSRİ-nin yolunu addım-addım izləyir…”
Dünya 19:25Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür
İqtisadiyyat 19:21Meladzenin Qırğızıstandakı çıxışının səbəbi açıqlanıb...
Şou-Biznes 19:14Naxçıvanda “Sağlam məhəllə” layihəsi icra olunur
Sosial 18:53Mədəniyyət naziri BMT-nin UNAOC Qlobal Forumunda iştirak edir
Mədəniyyət 18:39Qaqarina həyat kredosunu açıqladı...
Şou-Biznes 18:26“Putin qalan “kartını oynamağa” çalışacaq...”
Dünya 18:046 uşaq anasını həyata qaytaran həmin həkim - FOTO
Hadisə 17:10Ötən gün axtarışda olan 260 nəfər saxlanılıb
Siyasət 17:05Azərbaycan iqtisadiyyatına xarici investisiya qoyuluşu 29 %-a yaxın artıb
İqtisadiyyat 16:40Gəncədə yük maşını yaşlı qadını vurub öldürdü
Hadisə 15:15“Sülh yaxındadır, biz bunu görürük”
Dünya 15:12Toy kabusa çevrildi...
Dünya 15:03Kimə inanasan: Gerasimova, yoxsa Zelenskiyə?
Dünya 14:15Naxçıvanda yeni inzibati bina tikiləcək
İqtisadiyyat 13:51FHN növbəti şərti yanğın təlimi keçirib - FOTOLAR
Sosial 13:46Bazar gününün hava proqnozu açıqlanıb
Sosial 13:09Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 9 % artıb
İqtisadiyyat 12:57Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini 13 % azaldıb
İqtisadiyyat 11:30Abşeronda "Azərişıq"ın əməkdaşı cərəyan vurması nəticəsində ölüb
İqtisadiyyat 11:21"Laçın" tankeri ilə 225 mindən çox ton neft və neft məhsulları daşınıb
İqtisadiyyat 10:40SOCAR Qırğızıstanda əməkdaşlıq imkanlarını müzakirə edib - FOTO
İqtisadiyyat 10:39Dünya birjalarında neft ucuzlaşıb
İqtisadiyyat 10:28ABŞ ilə Azərbaycan arasında enerji müzakirələri
İqtisadiyyat 10:16Azərbaycanda ictimai iaşə dövriyyəsi 13 %-ə yaxın artıb
İqtisadiyyat 10:08Bakıda "16-cı NATO günləri" keçirilib
Siyasət 09:43Ağdamda Heydər Əliyevin xatirəsi yad edildi - FOTOLAR
Mədəniyyət 09:40Üzgüçülük üzrə növbəti mükafatçılar bəlli olub
İdman 09:30Azərbaycan ABŞ ilə enerji sahəsində potensial əməkdaşlığı müzakirə edib
İqtisadiyyat 09:26Çindən Avropaya göndərilən bağlamalara vergi tətbiq ediləcək
İqtisadiyyat 09:11Premyer Liqa: Rəqiblər kimdir?
İdman 09:00Türkiyə XİN Rusiyaya reaksiya verib...
Dünya 07:28Çin polad ixracı qaydalarını dəyişir
Dünya 07:01Taylandda iki ingilis rus turisti döyüb...
Dünya 06:23Rusiyanın büdcə kəsiri artıq on dəfə artıb...
Dünya 05:24"Putinin Kupyansk üçün xüsusi bir planı var idi"
Dünya 04:25Larisa Dolinanın ağır vəziyyəti ilə bağlı açıqlama verildi...
Şou-Biznes 03:51Özəl xəbərlər
Digər xəbərlərYeni ildə hansı sahələrdə qiymət artımı gözlənilir ? - EKSPERT
İqtisadiyyat 12 Dekabr 16:47Ölkədə ali təhsil müddəti azalacaq? - TƏHSİL EKSPERTİ AÇIQLADI
Təhsil 12 Dekabr 16:45Uşaqlara neçə yaşdan sonra telefon vermək olar ? - PSİXOLOQ AÇIQLADI
Sosial 12 Dekabr 16:33Banklar kredit faizlərini aşağı sala bilərmi ? - EKSPERT AÇIQLADI
İqtisadiyyat 12 Dekabr 16:28Düzgün qaydada hazırlanmış suşini necə ayırd etmək olar ? - EKSPERT AÇIQLADI
Səhiyyə 12 Dekabr 16:20
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9945
0,00%
-
GBP
2,2762
0,00%
-
RUB
2,1189
0,00%



