Gəncədə qarın təmizlənməsinə başlanıb FOTO

Gəncədə fevralın 24-dən yağan qar yollardan təmizlənməsinə başlanılıb.

Gəncə Şəhər İcra Hakimiyyətindən SİA-ya verilən məlumata görə, şəhərin MKTİB-nin canlı qüvvə və texnikaları dünən axşam saatlarından başlayaraq, yollara qum-duz qarışığı səpir, səkilər və piyada keçidləri qardan təmizlənir.

MKTİB-nin rəis müavini Elşad Əsgərov bildirib ki, yağan qar ciddi fəsadlar törədməyib O, qeyd edib ki, şəhərin əsas küçə və prospektlərində, habelə Gəncəçay üzərində olan 5 körpüdəki avtomobil yollarına 30 tona yaxın qum-duz qarışığı səpilib.

Bununla yanaşı yerüstü piyada keçidləri qardan təmizlənir. Yol kənarına toplanan qar, ərazidən daşınır.

Bütün xəbərlər Facebook səhifəmizdə