Bakıda 200-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib

Qarlı hava şəraiti ilə bağlı Bakıda 41 yol qəzası baş verib. Bu barədə açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

O bildirib ki, bunlardan 32-si ötən gün, 9 qəza isə bu gün qeydə alınıb: "Fevralın 24-ü səhər 07 radələrindən gecə saat 00:00 - a qədər 32, fevralın 25-i saat 00:00 radələrindən indiyə qədər isə 9 qəza qeydə alınıb. Hadisələr nəticəsində ölən və yaralanan olmayıb. 200-dən artıq nəqliyyat vasitəsinə ziyan dəyib".

Bütün xəbərlər Facebook səhifəmizdə