Masallıda “Yaddaşlardan silinməyən faciə” adlı onlayn konfrans keçirilib

24 fevral 2021-cı il tarixdə Masallı rayon Gənclər və İdman İdarəsinin və "Gənclər evi" sosial xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə "26 Fevral – Xocalı Soyqırımı Günü"nün ildönümü ilə əlaqədar olaraq "Yaddaşlardan silinməyən faciə" mövzusunda onlay konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov tədbiri şiriş sözü ilə açaraq bildirdi ki, fevralın 26-na keçən gecə Ermənistan hərbi birləşmələrinin, Sovet Ordusunun Xankəndidə yerləşən 366-cı alayının hərbiçiləri tərəfindən törədilmiş Xocalı soyqırımı və erməni məkrli siyasətinin qanlı cinayətləri yaddaşımızdan heç vaxt çıxmayacaq. Çünki Xocalıda baş verənlər təkcə Azərbaycan xalqına qarşı soyqırımı deyil, bütöv bəşəriyyətə qarşı yönəldilən qanlı cinayətdir. Bu kütləvi qırğında yüzlərlə insan vəhçicəsinə qətlə yetirilib, yandırılıb və girov götürülüb.Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra bu qanlı faicəyə ilk dəfə olaraq, hüquqi-siyasi qiymət verilib və 1994-cü ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 Fevralı Xocalı soyqırımı günü kimi qəbul edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev erməni millətçilərinin xalqımıza qarşı törətdikləri cinayətlər, o cümlədən Xocalı faciəsi haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatıdırılması, onun soyqırım kimi tanınması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərdiyini bildirdi.

Tədbirdə Masallı rayon "Gənclər evi" sosial xidmət müəssisəsinin Toxuculuq və Tikiş Dərnəyinin rəhbəri Əfsanə Kərimova çıxış edərək Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayət olduğunu diqqətə çatdırıb.Sonra öz əli işi olaraq hazırladığı "Ana Harayı" heykəli haqqında qısa məlumatı diqqətə çatdırdı.

Daha sonra tədbirdə fəal gənclərdən Abı Bağırov çıxış edərək Xocalıda baş verən dəhşətli facidən danışmış və bildirmişdir ki, Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq üçün gənclərimizin səfərbər olunması vacibdir.

Xocalı faciəsinin 22-ci ildönümü ilə əlaqədar Gənclər üçün Təhsil Mərkəzinin Şirvan regional ofisi "Xocalı - gəncliyin qan yaddaşı" adlı konfrans keçirib.

Şirvan şəhər Gənclər və İdman İdarəsinin dəstəyi ilə baş tutan konfransı giriş sözü ilə idarənin rəisi Azər Quliyev açaraq, Xocalıda törədilənlərin heç bir müharibə qanunlarına sığmadığını, dinc əhalinin kütləvi şəkildə öldürülməsini XX əsrin ən ağır cinayət olduğunu diqqətə çatdırıb.

Mərkəzin Şirvan ofisinin Yusif Poladov çıxış edərək, Xocalı hadisələrinin beynəlxalq ictimaiyyət tərəfindən ədalətli qiymət verilməsinə nail olmaq üçün gənclərimizin səfərbər olunmasının vacibliyini vurğulayıb.

YAP Şirvan şəhər təşkilatının sədri Əbilhəsən İbrahimov və Şirvan şəhər Heydər Əliyev Mərkəzinin əməkdaşı Günay Əmirova çıxışlarında erməni qatillərinin Xocalıdakı vəhşiliklərinin tarixdə qanlı iz buraxdığını bildirib, bir sıra tarixi faktlara toxunub.

Tədbir məktəbli gənclərin Xocalı faciəsinə həsr olunmuş şer kompazisiyası ilə davam edib.

ƏLİHÜSEYN ŞÜKÜROV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...