Azərbaycan Ordusu Şuşaya belə daxil olub - YENİ VİDEO

Azərbaycan Ordusunun Şuşa şəhərini işğaldan azad etməsi, aparılan misli görünməmiş əməliyyat, əsgərlərimizin fədakarlığı, ağılasığmaz qəhrəmanlıqları hələ də hərbi ekspertlər tərəfindən araşdırılır. SİA xəbər verir ki, dünyanın əksər ölkələri açıq və gizli şəkildə bu əməliyyatın özəlliklərini öyrənmək üçün hətta ciddi tədqiqat işlərinə başlayıblar. Özünüz düşünün, 5 minə qədər təpədən-dırnağa qədər silahlanmış erməni xüsusi təyinatlılarının müdafiə etdiyi şəhər yüngül silahlarla silahlanmış az sayda Azərbaycan əsgəri tərəfindən keçirilən qeyri-adi hərbi əməliyyat nəticəsində qısa müddətdə azad edilir. Əlbəyaxa döyüşdən sonra şəhərin özündə və ətrafında minlərlə erməni əsgərinin meyiti qalır...

SİA Azərbaycan əsgərlərinin Şuşaya necə daxil olduğunu təsdiq edən yeni kadrları təqdim edir:

Bütün xəbərlər Facebook səhifəmizdə