YAP Suraxanı rayon təşkilatı şəhid ailəsini ziyarət edib - FOTOLAR

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının əməkdaşları şəhid Qasımlı Muxtar Əli oğlunun doğum günündə onun ailəsini ziyarət edib və ailənin qayğıları ilə maraqlanıblar. SİA-nın verdiyi məlumata görə, görüş zamanı təşkilat sədri Vüqar Seyidov vurğulayıb ki, Vətən müharibəsində öz həyatlarını Azərbaycan uğrunda qurban verən şəhidlərimizin əziz xatirəsi hər zaman Azərbaycan xalqının qəlbində yaşayacaqdır. Dövlət başçımızın şəhid ailələrinə göstərdiyi qayğı və diqqət hər bir Azərbaycan vətəndaşı üçün nümunədir. Tək təsəllimiz şəhidlərin qanlarının yerdə qalmaması və torpaqlarımızın işğaldan azad olunmasıdır.

Ziyarət əsnasında şəhidin atası Əli Qasımov evlərində yaradılmış xatirə güşəsini YAP Suraxanı rayon təşkilatının nümayəndələrinə təqdim edib. YAP Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov Muxtarın əziz xatirəsini bir daha yad edərək idman sahəsində qazandığı uğurlardan bəhs edib. Səmimi keçən görüş zamanı təşkilat sədri Vüqar Seyidov şəhidin atası Əli Qasımova təşkilat adından "Anım löhvhəsi" təqdim edib.

Göstərilən diqqət və qayğıya görə şəhidin atası Əli Qasımov öz minnətdarlığını bildirib.

Zümrüd BAYRAMOVA

Bütün xəbərlər Facebook səhifəmizdə