Avtobuslar dayanacaqdan kənar da saxlayacaq

Avtobuslar dayanacaqdan kənar da saxlayacaq

Mövcud hava şəraitində sərnişinlərin yolda qalmaması, onların avtobuslarla daşınması üçün ekspress xətlər üzrə fəaliyyət göstərən avtobusların aralıq dayanacaq məntəqələrində də sərnişin mindirib-düşürməsi qərara alınıb.

Bu barədə SİAya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Bununla əlaqədar Vahid Dispetçer Mərkəzi vasitəsilə ekspress xətt avtobusları sürücülərinə sms məlumatlandırma vasitəsilə göstəriş verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə