Bakı bulvarı ağ yorğana büründü FOTOSESSİYA

Bakı bulvarı ağ yorğana büründü FOTOSESSİYA

Sonunda həm uşaqların, hətta böyüklərin sevinclərinə rəng qatan qar Bakıya da təşrif buyurdu. Axşamdan başlayaraq qar özü ilə birlikdə çovğun gətirsə də, bu, heç də Bakımızın qış gözəlliyinə xələl vurmadı. Düzdür, ola bilər ki, qarla birlikdə bir sıra problemlər də özünü göstərə bilər, amma hər nə olursa-olsun, nə qədər desələr də ki, "Bakıya qar yaraşmır" bu ifadə özünü qarşı gözəlliyin içində itirir.

Xüsusilə, Bakı dənizkənarı bulvarında yaşanan qış ab-havasının simasında "Bakıya qar yaraşır" ifadəsi ağlımdan keçdi. Bu da bir gözəllikdir - qarşı-çovğunlu və ruzi-bərəkət rəmzi qar. Bir də ana Xəzərin bu mənzərəyə qucaq açması soyuq, ayazlı Bakı qışına, əsrarəngiz gözəlliyinə salam verməsi...

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə