Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkəti iflic oldu YENİLƏNİB-FOTOLAR

Bakı-Pirşağı-Sumqayıt qatarının hərəkəti iflic oldu YENİLƏNİB-FOTOLAR

Xəbər verdiyimiz kimi bu gün səhər saat 08:50-də Bakıdan Sumqayıta çatmalı olan sürət elektrik qatarı güclü qar səbəbdən gecikmişdi. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda qatar gecikmə ilə 09:21-də Sumqayıt Dəmiryol Vağzalına çatıb.

***

Bakı-Pirşağı-Sumqayıt sürət elektrik qatarının hərəkəti iflic olub. SİA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 08:50-də Bakıdan Sumqayıta çatmalı olan qatar güclü qar səbəbdən gecikir. Xeyli sayda sərnişin hazırda Sumqayıt Dəmiryol Vağzalında gözləməkdədir və narazılıqlarını bildirirlər.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə