Bakı küçələrindəki hazırkı vəziyyət

Bakı küçələrindəki hazırkı vəziyyət
Bu gün Azərbaycanda bu qışın ən soyuq günüdür. SİA-nın məlumatına görə, 23 fevral axşam saatlarından etibarən paytaxtda hava dəyişib, qar yağmağa başlayıb. Milli Hidrometeorologiya Xidmətindən SİA-ya verilən məlumata görə, hazırda Mərəzə, Şamaxı, Qrız, Xınalıq, Qusar, Xaçmaz, Şabran, Cəfərxan, Altıağac, Quba, Nabran, Xaltanda, Bakıda və Abşeron yarımadasında qar yağır. Sosial şəbəkə istifadçiləri Bakıda yaşadıqları ərazilərdən qarın yağmasını əks etdirən görüntülər paylaşıb. Paylaşılan görüntülərdən məlum olur ki, ən çox qar paytaxtın Yasamal rayonu ərazisində, daha çox Yeni Yasamala, Badamdar qəsəbəsinə yağıb.

Bütün xəbərlər Facebook səhifəmizdə