Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur

Azərbaycan dövləti şəhidlərin xatirəsini daim uca tutur

YAP Quba rayon təşkilatı tərəfindən" Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində görüşlər davam etdirilir. Aksiya çərçivəsində 23 fevral 2021-ci il tarixdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov və təşkilatın bir qrup fəal üzvləri Vətən müharibəsində şəhid olmuş rayonun Paşaoba kəndindən olan Əhmədov Əsgər Əhmədkişi oğlunun ailəsini ziyarət ediblər.

Şəhid ailəsinin problemləri ilə maraqlanıb və səlahiyyətləri daxilində problemlərin həlli üçün köməklik göstərəcəklərini bildiriblər. Görüşdə YAP Quba rayon təşkilatının sədri Yusif Abidov bildirib ki, Azərbaycan dövləti şəhidlərimizin xatirəsini həmişə uca tutur. Şəhidlərimiz Vətənimizin işğaldan azad olunmuş torpaqları uğrunda öz qanından, canından keçiblər. Şəhidlik zirvəsinə ucalıblar. Allah bütün şəhidlərimizə rəhmət eləsin.

Ziyarət olunan şəhid ailəsinə YAP Quba rayon təşkilatı adından ərzaq yardımı olunub.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə