2021-ci ilin 1 fevral tarixindən 21 fevral tarixinədək Azərbaycanda 225 şagird koronavirus infeksiyasına yoluxub. SİA-ya daxil olan məlumata görə, təhsil müəssisələrində fəaliyyət göstərən işçi heyətindən isə 159 nəfər COVİD-19-ya yoluxub.
Nəticədə 4 məktəb koronavirusa görə bağlanıb və distant təhsilə keçib.
Qeyd edək ki, Respublika İncəsənət Gimnaziyasında da yoluxma faktı müəyyən olunub. Belə ki, təhsil müəssisəsinin 8 müəlliminin və daha bir neçə şagirdinin testləri müsbət nəticə verib. Bu səbəbdən gimnaziyanın əyani tədris prosesi dayandırılıb.
Müəllif: Rövşən
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB