"İnsanlar hansı halda intihara “vadar” olur? SOSİOLOQ VƏ PSİXOLOQ DANIŞDI
Son günlər artan intihar hadisələri cəmiyyəti narahat etməyə başlayıb. Bəs insanlar hansı halda intihara “vadar” olur və “çıxış yolunu” özünəqəsddə görürlər? SİA olaraq məsələ ilə bağlı sosioloq jurnalist Elçin Bayramlının və psixoloq Aytən Ələkbərovanın fikirlərini öyrənməyə çalışdıq.

Sosioloq jurnalist Elçin Bayramlı deyir ki, ictimai-siyasi quruluşun dəyişməsi, mənəvi psixoloji fərqlilik son 30 ildə intiharların kəskin şəkildə artmasına şərait yaradıb: “Gənclərin intiharının əsas səbəbi “müasirlik” adı ilə taleyin ümidinə buraxılmasıdır. Smartfonların inkişafı nəticəsində valideyn nəzarəti məhvə doğru gedir. Əsasən də azyaşlılar özbaşına telefon hesabına qeyri-etik sosial şəbəkələrə daxil olur və həyata baxışı mənfiyə doğru dəyişir. Artıq bizim uşaqları valideyn yox “youtuberlər”, “tiktokerlər” və film rejjssorları tərbiyyə edir. Lakin bu mövzuda bütün yükü valideynə yükləmək də yalnışdır. Onlar da həm evdə, həm də işdə çalışır. Kobud da olsa gənclərin əksəriyyəti milli-mənəvi dəyərlərə “tüpürüblər”. Bu onların həm geyimində, həm danışığında, həm də düşüncə tərzində müşahidə olunur. Nəticə etibarilə maddi dəyərlər önə çıxır və mənəvi dəyərlər bastırılır”.

Psixoloq Aytən Ələkbərova isə fikirlərini bu cür ifadə edib: “İntiharların yaranma səbəblərini araşdırmaq üçün fərdlərin xüsusiyyətlərini bilmək lazımdır. Yeniyetməlik böhran dövrü olduğuna görə daha çox intihara meyillidir. İntiharları dəstəkləyənlər də az deyil və bu yolla valideynlərinə ismarıc göndərirlər. İntihar edən şəxs informativ stresdə olur, bu isə onun şüuraltına mənfi təsir edir. Valideyn övladının ruhuna mane olan qüvvələri sezə bilmir. Valideynin tək peşəsi övladını yalnız geyindirib yedirməkdən ibarət deyil. Ana və ata övladları ilə ünsiyyət qurmalıdır. Bu alınmadıqda isə peşəkarlara müraciət edilməsi şərtdir”.
Ayşən Sadıxzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB