YAP Qazax rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir

YAP Qazax rayon təşkilatının nümayəndələri "Şəhid ailələrinə qayğı" aksiyası çərçivəsində Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələri, sağlamlığını itirmiş qazilərimizi mütəmadi olaraq ziyarət edirlər. Aksiya çərçivəsində növbəti ziyarət rayonun şəhidləri Elməddin Pənahov Məqsəd oğlunun, İlkin Şükürov Aslan oğlunun, Anar Nağıyev Sahib oğlunun və Kamal Kərimov Ələddin oğlunun məzarlarının ziyarət edib, önünə gül dəstələri düzüblər.

Sonra YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov və aparat əməkdaşları görüşdə şəhidlərimizin qəhrəmanlıq dastanına çevrilən döyüş yoluna nəzər saldılar, möhtərəm Prezidentimiz, Azərbaycan Silahlı Qüvvələrinin müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında igid əsgər və zabitlərimizin döyüş meydanında qazandığı möhtəşəm Qarabağ Zəfərinin xalqımız üçün tarixi əhəmiyyətini xüsusi vurğulayıb. Diqqətə çatdırılıb ki, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, qazilər, Müzəffər Ordunun qalib əsgərləri daima Yeni Azərbaycan Partiyasının xüsusi diqqət və qayğısı mərkəzindədir.

Sonra şəhid ailələrinə ərzaq sovqatı və maddi yardım göstərilib.

Şəhid ailələrinin üzvləri və qazilərimiz onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına, bütün yerli strukturlara təşəkkürlərini bildiriblər.

Torpaq, uğrunda ölən varsa, Vətəndir! Allah bütün Şəhidlərimizə rəhmət eləsin!

Rəfiqə HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə