YAP Ucar rayon təşkilatı "Şəhid ailələrinə qayğı" aksiyasını davam etdirir - FOTOLAR

YAP Ucar rayon təşkilatında torpaqlarımızın düşməndən azad edilməsi istiqamətində uğurlu hərbi əməliyyatlarda şəhid və qazi adını qazanan Vətən övladları daim diqqətdə saxlanılır. Rayon təşkilatının üzvləri aksiya çərçivəsində 14 fevral 1975-ci ildə Ucar rayonunun Alpout kəndində anadan olan, 26 fevral 1994-cü ildə Kəlbəcər rayonunda - Murovdağda itkin düşən qəhrəmanımız Azad Cəlilov Sabir oğlunun ailəsini ziyarət edib. 5 uşağı olan Azad Alpout kənd 1 nömrəli orta məktəbini bitirmiş, 1993-cü ildə Ucar rayon Hərbi Komissarlığından Azərbaycan Ordusunda qulluq edib. Qəhrəmanın atası Sabir dayı, anası Səmayə xala Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin siyasəti nəticəsində ZƏFƏR QƏLƏBƏSİNDƏN sonra Azadın bir gün geri dönəcəyi zamanı gözləyirlər.

Həmçinin, YAP Ucar rayon təşkilatının sədri Şəhla Abdullayeva təşkilatının, təşkilatın Gənclər Birliyinin və Qadınlar Şurasının, rayon təhsil şöbəsinin, rayon Gənclər və İdman İdarəsinin, Ucar rayon Gənclər Evinin kollektivinin üzvləri Ucar Şəhidlər Xiyabanında şəhid Vətən müharibəsinin şəhidi, 34 yaşlı Allahverdi Ələkbərov Məzahir oğlunu, 16 fevral 2021-ci il tarixdə rayonun Bağban kəndində 10 noyabr 2020-ci il tarixdə Şuşa şəhərinin alınması zamanı şəhid olan Ağayusif Əliyev Mübariz oğlunun qəbrini ziyarət edib, Mübariz ataya, Telli anaya səbr diləyiblər. Şəhid ailələri onlara yüksək ehtiramlarını və diqqət, qayğılarını ifadə ediblər.

15 fevral 2021-ci il tarixdə rayonun 1975-ci ildə Ucar rayonunun Qazyan kəndində anadan olmuş, 14 fevral 1994-cü il tarixdə Ağdam rayonunun Şükürbəyli kəndində şəhid olan Muxtar Ağayev İsa oğlunun, 1969-cu ildə Ucar rayonunun Qazıqumlaq kəndində anadan olan, 17 fevral 1994-cü ildə Ağdam rayonunun Novruzlu kəndində şəhid olan Yaqub Hüseynov Siyasət oğlunun məzarlarını ziyarət edib, ruhlarına dualar oxunub.

Həmçinin, şəhid valideynləri ilə söhbət zamanı canlarını Vətən uğrunda fəda edən Şəhidlərimizin həyat və döyüş yoluna bir daha nəzər salındı, onların əziz xatirələrinin dövlətimiz və xalqımız tərəfindən hər zaman uca tutulacağı vurğulandı, dövlət tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışıldı. Qeyd olundu ki, Azərbaycanın igid əsgər və zabitləri Vətən müharibəsində elə bir Şanlı tarix yazdılar ki, bu qəhrəmanlıq dastanı Azərbaycan var olduqca yaşayacaq, gələcək nəsillər tərəfindən öyrəniləcək və Şəhidlərimizin əbədiyaşar xatirələri daima yad olunacaqdır.

Şəhid ailələrinin üzvləri dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

Eyni zamanda, şəhid ailələrinin gündəlik qayğıları dinlənildi, onlara ərzaq sovqatı və maddi yardım göstərilib.

R.HÜSEYNOVA

Bütün xəbərlər Facebook səhifəmizdə